SEO Audit Xidməti
Sıralama və trafik itkisi ilə üz-üzə qaldığınız vəziyyətlərdə SEO audit xidmətindən faydalanmaq artıq bir ehtiyac yox, məcburiyyət olur. CMS və ya domen miqrasiyaları, texniki nasazlıqlar, məzmun xətaları və itkilərin önünə keçmək üçün peşəkar analiz tətbiq edirəm.
Sıralama və trafik bərpası, CMS və domen miqrasiyası, texniki, kontent və sayt indeksləmə auditləri daxil olmaqla hər məqsədə yönəlik peşəkar həllər.
Problemləri kökündən həll edən ətraflı hesabat
Veb saytınız üçün təklif etdiyim genişmiqyaslı SEO audit xidməti 1499 AZN-dən başlayır. Sizin üçün tətbiq etdiyim analizlər saytın mövcud vəziyyətini tam görməyə və 3-6 aylıq real bir fəaliyyət planı qurmağa imkan verir.
SEO audit hansı məqsədlər üçün istifadə olunur?
Veb saytınızda hər addımı ölçülə bilən məlumatlara əsaslandırmaq və riskləri sıfıra endirmək üçün aşağıdakı istiqamətlərdə tam şəffaflıq təqdim edirəm:
Dərin Durum Analizi
Veb saytın cari texniki, struktur və məzmun vəziyyəti haqqında ətraflı informasiya əldə edir, mövcud SEO problemlərinin əhatə dairəsini tam dəqiqliyi ilə müəyyənləşdirirəm.
Tək Səfərlik Yol Xəritəsi
Daimi aylıq SEO xidməti almadan veb saytda nələr edilməli olduğu, hansı xətaların düzəldilməli olduğu barədə tam tətbiq edilə bilən tək səfərlik rəsmi dokumentasiya əldə edirsiniz.
İtki və İndeks İdentifikasiyası
Yaşanan qəfil sıralama və trafik itkilərinin gizli səbəblərini ortaya çıxarır, Google tərəfindəki indekslənmə gecikmələrini və digər səhifə xətalarını tamamilə aradan qaldıracaq həlləri təqdim edirəm.
SEO audit dedikdə niyə peşəkar yanaşma şərtdir?
Bu gün bir çox ödənişli və ya ödənişsiz onlayn SEO aləti sizə bir neçə saniyə ərzində standart hesabatlar generasiya edə bilər. Lakin bu avtomatlaşdırılmış bot hesabatlarının real praktiki SEO xidməti prosesləri ilə çox az əlaqəsi var və biznesiniz üçün heç bir real dəyər kəsb etmir.
Artıq 5 ildən çoxdur ki, rəqəmsal bazarda müxtəlif miqyaslı brendlər üçün dərin SEO audit hesabatları hazırlayıram. Təqdim etdiyim hesabatlar sadəcə xətaları siyahılamaqla qalmır; o xətaların biznesinizə təsirini, prioritetlik dərəcəsini və birbaşa həll yollarını göstərir.
Biopet.az
Azərbaycanda ev heyvanları üçün ən böyük e-ticarət portalı. Səhv aparılan miqrasiyadan sonra bütün açar söz sıralamalarını itirmişdi.
Yeni domenə keçid xətalı aparılmış, URL strukturu düzgün qurulmamış və Rus dilli axtarış kütləsi tamamilə hədəflənməmişdi.
10 illik URL strukturu, yüzlərlə 301 yönləndirmə, hreflang, rendering, daxili linkləmə, server sürəti və schema — hamısı düzgün sıra ilə analiz edilib bərpa olundu.
Açar sözlər həm Azərbaycan, həm Rus dilində sıralamaya girdi; klik və impression artdı, brend əsas hədəf kütləsinə çıxdı.
SEO audit xidməti haqqında bilməli olduğunuz hər şey
SEO audit xidməti nədir?
SEO audit xidməti veb saytınızın texniki, səhifə daxili və səhifə xarici vəziyyətinin A-dan Z-yə dəyərləndirildiyi bir xidmətdir.
SEO audit xidməti alım yoxsa aylıq SEO xidməti?
Aylıq SEO xidməti paketinə SEO audit xidməti daxildir. Əgər siz hər ay SEO xidmətinə pul xərcləmək istəmirsinizsə və ya SEO problemlərini həll edə biləcək texniki komandanız mövcuddursa, o zaman SEO audit xidməti ala bilərsiniz.
Audit hesabatı hansı formatda təqdim olunur və iclas keçirilir?
Audit hesabatı sizə tam şəffaf, oxunaqlı rəsmi sənəd formatında (PDF və ya Notion/Google Docs platformasında) təqdim olunur. Hesabat təqdim edildikdən sonra bütün texniki bəndləri komandanıza izah etmək üçün onlayn və ya ofis daxili canlı konsultasiya iclası təşkil edirik.
Audit zamanı aşkar olunan texniki xətaları kim aradan qaldırır?
Audit hesabatında yazılan göstərişlər sizin mövcud proqramçı komandanız və ya daxili texniki heyətiniz tərəfindən həll edilməlidir. Əgər veb saytınızı idarə edən texniki komandanız yoxdursa, bu problemlərin tərəfimdən həll edilməsi üçün əlavə proqramlaşdırma və ya daimi SEO xidməti üzrə razılığa gələ bilərik.
SEO audit hər növ CMS və ya xüsusi kodlaşdırılmış (custom) saytlara tətbiq edilir?
Bəli, tamamilə. Saytınızın WordPress, Shopify, Magento, OpenCart olması və ya tamamilə sıfırdan xüsusi kodla (React, Next.js, PHP və s.) yığılması fərq etmir. Google-un axtarış botlarının oxuduğu HTML/CSS və render prosesi hər bir sistemdə eyni olduğu üçün audit bütün infrastrukturlara peşəkar şəkildə tətbiq olunur.
Sayt miqrasiyasından (CMS və ya domen dəyişikliyi) əvvəl audit niyə məcburidir?
Saytınızın dizaynını, infrastrukturunu dəyişdikdə və ya yeni domenə keçdikdə keçmiş illərdən qalan bütün link gücünü (PageRank) itirmə riski yaranır. Miqrasiya öncəsi audit tətbiq etməklə düzgün 301 yönləndirmə xəritəsi qurulur, URL strukturu qorunur və axtarış nəticələrində qəfil trafik uçurumlarının qarşısı tamamilə alınır.
Niyə avtomatlaşdırılmış alətlərin SEO balları aldadıcıdır?
Çünki onlayn alətlər yalnız səthi "bəli/xeyr" qaydaları ilə işləyir. Onlar sizin fəaliyyət göstərdiyiniz sektorun rəqabət dinamikasını, Google alqoritm manipulyasiyalarını və ya biznesinizin xüsusi hədəf kütləsini dərk edə bilməz. Real peşəkar audit isə yalnız xətaları deyil, o xətaların kommersiya dəyərinə təsirini ölçür.
Saytınızdakı problemləri aşkarlayaq.
Veb saytınızın real vəziyyətini öyrənmək və strateji həll yolları əldə etmək üçün əlaqə saxlayın.
ismail@yusibov.az