SEO xidmeti ilə web saytınızın axtarışda ilk sıralarda çıxmasını təmin edin.

   +994 51 797 78 58   Samir Jafarov, Baku 1131

HomeSEO-da Aşağı Büdcəylə Uğur Qazanmaq Niyə Çətindir?SEOSEO-da Aşağı Büdcəylə Uğur Qazanmaq Niyə Çətindir?

SEO-da Aşağı Büdcəylə Uğur Qazanmaq Niyə Çətindir?

SEO digər marketinq strategiyaları ilə müqayisədə daha ucuz bir strategiyadır. Lakin bu o demək deyil ki, az pul xərcləyərək SEO-da uğur qazanmaq mümkündür.

2025-ci ildə Google axtarış motorunun alqoritmi o qədər “ağıllanıb” ki, saytınızın asan yoldan axtarışda ilk sıralara gəlməsinin qarşısını alır. Səbəbi isə çox bəsittir:

Google bizə heç nə borclu deyil.

Bəli. Siz SEO üçün büdcə ayırdığınızı düşünürsünüz lakin ayırdığınız büdcə əslində SEO mütəxəssisinin gördüyü işlərin qarşılığıdır. Siz Facebook və ya Google reklamlarındakı kimi platformanın özünə büdcə ayırmırsınız. Google da bunun qarşılığında sizin işinizi çətinləşdirir =)

Əgər SEO-da uğur qazanmaq istəyirsinizsə, mütləq büdcə ayırmalısınız. SEO-ya lazım olan büdcəni ayırmayan şirkətlər, SEO-dan istənilən effekti görməyəcək.

Bəs, SEO-da nəyə büdcə ayrılmalıdır?

1. Backlinklər!

Backlink, bir veb saytdan başqa bir veb sayta verilən keçidlər, yəni referanslardır.

Google üçün backlinklər ən vacib dəyərləndirmə faktorudur. Əgər bir sayt, özü ilə əlaqəli başqa saytlardan çox sayıda backlink alırsa, Google o saytın axtarışdakı mövqeyini yaxşılaşdıracaq. Xüsusilə də alınan backlinklər keyfiyyətlidirsə və düzgün formada alınıbsa, bu saytın SEO vəziyyətinə birbaşa pozitiv təsir göstərəcək.

Lakin backlinklər pulsuz deyil. Keyfiyyətli saytlardan backlink almaq üçün müəyyən bir büdcə lazımdır.

Əgər veb saytınız keyfiyyətli backlink profilinə sahib deyilsə, siz backlink almağa bir növ məcbursunuz. 

“Bəs backlink olmadan, uğur əldə edə bilmərəm?” deyə maraqlanırsınızsa, bu sualın cavabı “vəziyyətə görə dəyişir”-dir. Əgər rəqabət səviyyəsi aşağı olan bir bazardasınızsa və backlink xaricindəki digər SEO proseslərini düzgün icra edirsinizsə, uğur əldə etmək mümkündür. Lakin keyfiyyətli backlinklər ilə 6 ayda əldə edəcəyiniz uğuru 1 ayda əldə etməyinizə kömək edəcək.

Rəqabətli bazarda heç bir backlink büdcəsi ilə SEO işləri görürsünüzsə, işiniz daha da çətindir.

2. Keyfiyyətli məzmunlar.

SEO-da uğur əldə etmək üçün keyfiyyətli məzmunlar şərtdir. Lakin ayda 5-10 məzmun yaratmaqla sürətli bir şəkildə uğur əldə edəcəyinizi düşünmək səhv olar. Aqressiv formada davamlı olaraq istifadəçilərin ehtiyaclarını qarşılayan, keyfiyyətli və SEO cəhətdən də uğurlu məzmunlar üçün vəsait ayırmaq SEO-da sürətli uğurun əsas faktorlarından biridir.

3. Digər rəqəmsal marketinq fəaliyyətləri.

Əgər sadəcə SEO edərək uğur qazanacağınızı düşünürsünüzsə, yanılırsınız. Biznesinizin tək satış kanalı olaraq SEO-ya bel bağlamaq yaxşı bir strategiya deyil. Bunun səbəbi, alqoritmin işləmə prinsipidir.

Google hər yerdə (fiziki və rəqəmsal) varlıq göstərən və real bir biznes olduğunu təsdiqləyən (müştəri geri dönüşləri, reklamlar, sosial media aktivliyi və s. ilə) bizneslərin veb saytlarını daha çox önəmsəyir. Əgər siz rəqəmsalda heç bir mövcudiyyət göstərmirsinizsə və insanlar sizi sadəcə saytdan tanıyırsa, bu SEO üçün də pis bir haldır. Odur ki, digər rəqəmsal marketinq fəaliyyətləri ilə SEO-nu dəstəkləməlisiniz.

SEO Üçün Nə Qədər Büdcə Lazımdır?

SEO üçün nə qədər büdcə lazımdır sualının cavabı veb saytınızın mövcud vəziyyətinə, sahənizə, rəqabət səviyyəsinə, hədəflədiyiniz açar sözlərin çətinliyinə bağlı olaraq dəyişir. Kiçik bizneslər üçün aylıq 1000-2000 AZN SEO bücəsi yetərlidir. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir