SEO audit xidməti veb saytınızın Google axtarışlarında ən yaxşı performansı göstərməsinə mane olan bütün məzmun, texniki, səhifə-daxili və səhifə-xarici problemlərinin aşkarlanması və detallı bir hesabat formasında sizə təqdim olunması prosesidir.
Əgər saytınızın mövcud SEO vəziyyətindən narazısınızsa və ya sadəcə problemlər barədə məlumat almaq istəyirsinizsə, SEO audit xidməti əldə edə bilərsiniz.
Birdəfəlik Ödəniş
SEO Audit Xidməti
1500AZN
Screaming Frog ilə tam sayt crawl analizi
Core Web Vitals və PageSpeed performans testi
Mobil uyğunluq və responsiv struktur yoxlaması
XML sitemap və robots.txt konfiqurasiyasının analizi
Canonical tag, hreflang və indeksləmə problemləri
Crawl budget və render problemlərinin aşkar olunması
HTTPS/SSL və təhlükəsizlik yoxlaması
404 xətaları, redirect zəncirləri və broken link-lər
Title tag və meta description keyfiyyət yoxlaması
H1-H6 başlıq iyerarxiyasının analizi
Açar söz kannibalizasiyası və üst-üstə düşmə problemləri
SEO audit xidməti veb saytınızın mövcud vəziyyətini anlamağınız üçün faydalı məlumatlar verir. SEO audit xidməti aşağıdakı hallarda faydalıdır:
Saytınızı axtarışda irəlilətmək istəyirsiniz: Saytınızın axtarış nəticələrində irəliləmədiyini düşündüyünüz zaman problemin nə olduğunu anlamaq üçün SEO audit xidməti ala bilərsiniz.
Texniki strukturu, domeni və ya CMS-i dəyişdirdiyiniz zaman: Əgər veb saytınızda köklü dəyişikliklər etmisinizsə, bu sizin mövcud SEO performansınıza ciddi ziyan vura bilər. Miqrasiya, domen dəyişikliyi, alt struktur dəyişikliyi kimi proseslərdə SEO performansınızın ziyan görməməsi üçün SEO audit xidməti almaq ehtiyac yox, məcburiyyətdir.
Saytı açmazdan əvvəl: Əgər yeni bir veb sayt açmaq hazırlığındasınızsa, o zaman SEO audit xidməti alaraq bazarı, rəqibləri və hədəf kütləni analiz edə bilərsiniz.