Əvvəlcə vəziyyətinizi anlayaq, paketi sonra danışaq
Texniki SEO, məzmun, xarici nüfuz və hesabatlılıq işlərini vahid paketdə birləşdiririk.
Vəziyyətiniz, prioritetiniz və sayt miqyasınız birlikdə qiymətləndirildi. Üzvi trafiki artırmaq üçün tələb olunan bütün işlər bu paketdə əksini tapıb.
SEO xidməti nədir və biznesinizə nə qazandırır?
SEO xidməti veb saytınızın Google, Yandex və Bing kimi axtarış motorlarında hədəf açar sözlər üzrə ilk sıralara çıxarılması üçün həyata keçirilən texniki, məzmun və domen gücü işlərinin cəmidir. Ödənişli reklamdan fərqli olaraq SEO ilə əldə etdiyiniz trafik zamanla azalmır, əksinə artır. Ödənişli reklamlarda (PPC) siz reklam büdcəsini kəsdiyiniz an ziyarətçi axını dayanır, lakin düzgün qurulmuş SEO strukturu illərlə sizə müştəri gətirməyə davam edir.
Mən İsmail Yusibov olaraq 6 ildən artıq müddətdə həm lokal, həm də qlobal bazarlarda tibbi turizm, e-ticarət, B2B proqram təminatı və sənaye markaları üçün SEO xidməti təqdim edirəm. Fərqli sahələrdəki iş təcrübəm mənə hər saytın öz kontekstinə uyğun strategiya qurmağa imkan verir.
SEO xidməti hansı işləri əhatə edir?
SEO xidməti üç əsas sütun üzərində qurulur. Bunların heç biri tək başına kifayət deyil, üçünün birlikdə işlədilməsi lazımdır:
Texniki SEO
Saytınızın Google botları tərəfindən düzgün oxunub indekslənməsi üçün texniki bazanın hazır olması vacibdir. Bu təməl zəif olduqda nə qədər məzmun yazsanız, nə qədər keçid alsanız da nəticə gec gələcək.
Texniki SEO xidmətləri çərçivəsində həyata keçirilən işlər:
- Sayt sürəti və Core Web Vitals göstəricilərinin optimallaşdırılması (LCP, INP, CLS)
- Mobil uyğunluq testi və mobile-first indeksləmə üçün tənzimləmələr
- XML sitemap yaradılması və Search Console-a təqdim edilməsi
- Robots.txt faylının konfiqurasiyası və crawl büdcəsinin idarə edilməsi
- Canonical URL strukturunun qurulması, duplicate content problemlərinin həlli
- Strukturlaşdırılmış data (Schema markup) tətbiqi və Google Search Central standartlarına uyğunlaşdırılması
- HTTPS, redirect zəncirləri və 404 xətalarının yoxlanılması
- JavaScript render problemlərinin aşkarlanması və həlli
- Hreflang tənzimlənməsi (çoxdilli saytlar üçün)
- Daxili keçid arxitekturasının auditi
Daxili SEO (On-Page)
Hədəf açar sözləriniz üçün doğru səhifələrin doğru şəkildə optimallaşdırılması bu mərhələnin əsas işidir. Topical authority prinsipi ilə saytınızı öz sahəsində Google gözündə güclü mənbə halına gətirmək əsas hədəfdir.
Daxili SEO çərçivəsində həyata keçirilən işlər:
- Detallı açar söz araşdırması və hədəf açar söz siyahısının hazırlanması
- Hər açar söz üçün axtarış niyyətinin (search intent) təhlili
- Rəqib saytların məzmun analizi və məzmun boşluqlarının aşkarlanması
- Title tag və meta description yazılması (CTR-i artıracaq şəkildə)
- H1, H2, H3 iyerarxiyasının qurulması
- Səhifə URL strukturunun optimallaşdırılması
- Şəkillərin alt text və fayl ölçüsü baxımından optimallaşdırılması
- Daxili linkləmə strategiyasının qurulması (topic cluster modeli)
- Mövcud məzmunun yenilənməsi və genişləndirilməsi (content refresh)
- Yeni məzmun üçün brief hazırlanması və Search Engine Journal tövsiyələrinə uyğun keyfiyyət auditi
Xarici SEO (Off-Page)
Google saytınızı digər saytların sizə necə istinad etdiyinə baxaraq da qiymətləndirir. Bu sahədə say deyil, keyfiyyət vacibdir. On zəif keçid bir güclü keçidin yerini tuta bilmir.
Xarici SEO xidmeti çərçivəsində həyata keçirilən işlər:
- Rəqiblərin backlink profilinin analizi və keçid boşluqlarının aşkarlanması
- Keyfiyyətli və mövzuya uyğun geri keçidlərin (backlink) əldə edilməsi
- Guest posting üçün uyğun saytların araşdırılması və məzmun hazırlanması
- Zərərli və spam keçidlərin təmizlənməsi (disavow prosesi)
- Brend qeydiyyatlarının artırılması (unlinked brand mentions)
- Lokal SEO üçün NAP tutarlılığı və biznes qeydiyyatları
- Google Business Profile optimallaşdırılması (lokal biznes üçün)
SEO xidməti kimlərə uyğundur?
Hər sayta SEO xidmeti lazım olmaya bilər. SEO xidmətləri aşağıdakı bizneslər üçün ən yüksək ROI-ni qazandırır:
- Məhsul və ya xidmətlərini onlayn satan e-ticarət saytları
- Lead (potensial müştəri) əldə etmək istəyən xidmət sahibləri (klinikalar, hüquq büroları, təhsil mərkəzləri, agentliklər)
- Google Ads büdcəsini azaltmaq istəyən, lakin trafikini itirmək istəməyən markalar
- Öz sahəsində güclü mövqe qurmaq istəyən B2B və korporativ şirkətlər
Əgər saytınızın Google-dan bir neçə həftə içərisində trafik gətirməsini gözləyirsinizsə, açıq deyim ki, SEO sizin üçün doğru kanal deyil. SEO ən azı 5-6 ay ardıcıl iş tələb edən uzunmüddətli investisiyadır.
SEO xidməti prosesi necə işləyir?
- İlkin görüş və audit: Saytınıza baxıb SEO xidməti verməyin mümkün olub olmadığını qiymətləndirirəm.
- Strategiya təqdimatı: Rəqib analizi, açar söz araşdırması, məzmun planı və Google Axtarış Təlimatları əsasında 6-12 aylıq yol xəritəsi hazırlayıram.
- Tətbiq mərhələsi: Texniki düzəlişlər, məzmun istehsalı, daxili linkləmə və domen gücü quruculuğu paralel olaraq həyata keçirilir.
- Aylıq hesabat və optimizasiya: Hər ay göstəricilər analiz edilir, strategiya lazım olduqda uyğunlaşdırılır.
SEO xidməti sifariş edin
Saytınızın SEO potensialını öyrənmək istəyirsinizsə, ödənişsiz ilkin görüş üçün müraciət edin. Görüşdə saytınıza qısa baxış keçirir, hədəflərinizi dinləyir və sizə uyğun SEO xidmətləri paketini təklif edirəm.
Saytınızın Google sıralamaları üçün ən təsirli maddələr
Önə çıxan başlıqlar seçiminizə görə işarələndi, digər strateji işlər də paket daxilində tam icra edilir.
Texniki SEO və İnfrastruktur
-
Sayt texniki SEO auditi və xətaların aşkarlanması
Saytın bütün səhifələri taranaraq texniki xətalar detallı siyahılanır.
-
Core Web Vitals və sürət optimizasiyası (LCP, INP, CLS)
Real istifadəçi sürət göstəriciləri izlənir və sürət maksimuma çatdırılır.
-
İndekslənmə və Crawl Budget nəzarəti
Google botlarının yalnız dəyərli səhifələri taraması təmin edilir.
-
Strukturlaşdırılmış data (Schema.org / JSON-LD)
Organization, Article, Product, LocalBusiness, FAQ zəngin nəticələri qurulur.
-
Canonical URL arxitekturası və duplikat həlli
Eyni və ya oxşar məzmunlu səhifələr üçün canonical etiketlər sazlanır.
-
Hreflang konfiqurasiyası (Çoxdilli saytlar üçün)
Müxtəlif dil və bölgə versiyaları axtarış sistemlərinə dəqiq tanıdılır.
-
301 yönləndirmə zəncirləri və 404 xətalarının ləğvi
Qırıq linklər tapılaraq düzgün 301 yönləndirmələrlə bərpa olunur.
-
XML Sitemap və Robots.txt konfiqurasiyası
Dinamik sayt xəritəsi və bot tarama direktivləri optimallaşdırılır.
-
JavaScript rendering və DOM auditi
Dinamik JS məzmunlarının Google botları tərəfindən problemsiz oxunması təmin edilir.
-
Şəkillərin Next-Gen (WebP) formatı və ALT optimizasiyası
Şəkillərin ölçüsü azaldılır, açar sözlü təsvirlər yazılır.
-
Daxili keçid (Internal Linking) və Breadcrumb strukturu
Sayt daxilində səhifələr arasında bərabər PageRank paylanması qurulur.
-
HTTPS, SSL və texniki təhlükəsizlik
Saytın təhlükəsizlik protokolları və server cavab müddətləri optimallaşdırılır.
Məzmun və Mövzu Nüfuzu (Topical Authority)
-
SEO və GEO uyğun unikal məzmun istehsalı (8 məqalə)
Yayıma hazır, istifadəçi axtarış niyyətinə uyğun dərin məqalələr yazılır.
-
Məna bütövlüyü və açar söz arxitekturası
Tək söz əvəzinə mövzunun bütün semantik açar söz klasterləri hədəflənir.
-
Mövzu nüfuzu xəritəsi (Topic Cluster modeli)
Sektorunuzda lider olmaq üçün pillar və cluster səhifə planı qurulur.
-
Google E-E-A-T və etibarlılıq siqnalları
Təcrübə, ekspertiza, nüfuz və etibar faktorları səhifələrə tətbiq olunur.
-
Axtarış niyyəti (Search Intent) analizi
Məlumat, naviqasiya və ya birbaşa alış niyyətinə uyğun məzmun yazılır.
-
Məzmun boşluğu (Content Gap) və rəqib təhlili
Rəqiblərin sıralandığı, sizin çatışmayan bütün mövzular müəyyənləşdirilir.
-
CTR artıran Title və Meta Description kopiraytinqi
Axtarış nəticələrində klik faizini yüksəldən cəlbedici başlıqlar yazılır.
-
Mövcud zəif məzmunların yenilənməsi (Content Refresh)
Köhnəlmiş və ya az trafik gətirən səhifələr təkmilləşdirilir.
-
Semantik H1-H6 başlıq iyerarxiyası
Məqalələrin HTML başlıq strukturu axtarış botlarına uyğun tənzimlənir.
-
Süni intellekt məzmun auditi və insan redaktəsi
Bütün mətnlər AI filtrlərindən keçirilərək keyfiyyət standartına gətirilir.
Süni İntellekt SEO və GEO (AI Visibility)
-
ChatGPT axtarış və cavab görünürlüyü
ChatGPT dialoqlarında brendinizin tövsiyə edilən mənbə olması təmin edilir.
-
Google AI Overviews və Gemini uyğunluğu
Google-un AI xülasələrində birbaşa sitat və kart olaraq çıxmaq hədəflənir.
-
Perplexity mənbə optimizasiyası
Perplexity axtarışlarında etibarlı və istinad edilən qaynaqlar sırasına daxil olunur.
-
Süni intellekt sitat və fakt strukturu
Səhifələr AI modellərinin asanlıqla iqtibas edə biləcəyi data formatına gətirilir.
-
Varlıq (Entity) əsaslı SEO optimizasiyası
Google Knowledge Graph-da brendinizin rəsmi varlıq kimi tanınması.
-
AI axtarış cavab payı (Share of Voice) izlənməsi
Müxtəlif LLM platformalarında brendinizin görünmə dərəcəsi monitorinq edilir.
-
Strukturlaşdırılmış FAQ və birbaşa cavab blokları
Sual-cavab formatlı məzmunlarla AI axtarış generatorlarına daxil olmaq.
Xarici SEO və Domen Nüfuzu
-
Təbii və nüfuzlu backlink strategiyası (30+ keçid & tanıtım)
Real xəbər və sektor saytlarından keyfiyyətli keçidlər təmin edilir.
-
Backlink profilinin auditi və Disavow təmizliyi
Zərərli və spam keçidlər aşkarlanaraq Google Disavow ilə ləğv edilir.
-
Daxili və xarici keçid memarlığı
Sayt daxilində və xaricində PageRank güc paylanması strateji qurulur.
-
Brend qeyd olunmaları (Unlinked Brand Mentions)
İnternetdə keçidsiz brend qeydləri tapılaraq aktiv backlinkə çevrilir.
-
Rəqəmsal PR və qonaq məqalələr (Guest Posting)
Sektorun lider portallarında ekspert məqalələrinin yayımlanması.
-
Lokal SEO və NAP (Name, Address, Phone) tutarlılığı
Biznes qeydiyyatları və Google Business Profile optimizasiyası.
Hesabatlılıq və Davamlı Ünsiyyət
-
SEO və GEO performans hesabatı (Aylıq)
Görülən işləri və nəticələri əks etdirən şəffaf analitik hesabat.
-
Açar söz və süni intellekt görünürlük izlənməsi
Hədəf sözlərin və sıralamaların canlı monitorinqi.
-
Prioritetli WhatsApp əlaqə xətti
Suallarınız və təcili məsələlər üçün birbaşa və sürətli əlaqə.
-
İnteraktiv Looker Studio canlı paneli
40+ göstərici üzrə real vaxt rejimində izləmə imkanı.
-
Məzmun strategiyası və böyümə analizi
Növbəti mərhələdə hara fokuslanacağınızın strateji yol xəritəsi.
-
İşdən sonra ödənişsiz məsləhət və dəstək (5 gün)
Xidmət tamamlandıqdan sonra da davam edən strateji dəstək.
SEO Xidməti və Qiymətləri Haqqında Suallar
Axtarış motoru optimizasiyası (SEO), xidmət şərtləri, qiymətlər və iş prosesi ilə bağlı ən çox soruşulan sualların aydın cavabları.
SEO xidməti saytınızın axtarış motorlarında hədəf açar sözlər üzrə ilk sıralara çıxarılması üçün aparılan optimizasiya prosesidir. Bu xidmət saytınıza ödənişsiz, qalıcı və yüksək alıcılıq qabiliyyətinə malik üzvi müştəri axını təmin edir.
Peşəkar SEO xidməti qiyməti layihənin miqyasından, rəqabət səviyyəsindən və tələb olunan iş həcmindən asılı olaraq aylıq 800 - 1500 AZN aralığında dəyişir.
SEO qiymətinə dərin texniki audit, Core Web Vitals optimizasiyası, açar söz araşdırması, məzmun istehsalı, təbii backlink quruculuğu və Looker Studio hesabatlılığı daxildir.
İlk texniki və sıralama irəliləyişləri 1-2 ay ərzində müşahidə olunur, davamlı və əhəmiyyətli trafik artımı isə adətən 3-6 ay ardıcıl işdən sonra əldə edilir.
Google alqoritmləri heç kimə məxsus olmadığı üçün peşəkar mütəxəssislər 100% 1-ci sıra zəmanəti vermir, lakin rəsmi qaydalara uyğunlaşdırma ilə davamlı reytinq və dönüşüm artımına zəmanət verilir.
Saytın sürətinin artırılması, mobil uyğunluq, XML sitemap, Robots.txt, Schema markup qurulumu, 404 xətalarının həlli və indekslənmə tənzimləmələri icra olunur.
Birdəfəlik audit mövcud xətaları və yol xəritəsini təqdim edir, aylıq SEO xidməti isə bütün xətaların tətbiqini, yeni məzmun istehsalını və daimi rəqib üstünlüyünü təmin edir.
Google Ads-də reklam büdcəsi bitən kimi ziyarətçilər dayanır, SEO xidmətləri isə reklam xərclərindən asılı olmayan uzunmüddətli və qalıcı aktiv yaradır.
Bəli, minlərlə məhsul kateqoriyası və filtr strukturu olan e-ticarət saytlarında texniki iş həcmi böyük olduğu üçün adətən 1200 - 1500 AZN aralığında qiymətləndirilir.
Bəli, texniki xətaları düzəltmək, meta etiketləri yeniləmək və məzmunu optimallaşdırmaq üçün admin və Search Console girişləri tələb olunur.
Bəli, 10 səhifəyə qədər olan korporativ və təqdimat saytları üçün başlanğıc SEO Starter paketi 800 AZN-dən təklif olunur.
Bəli, müasir Generative Engine Optimization (GEO) metodları ilə məzmununuz AI modellərinin istinad gətirə biləcəyi fakta əsaslanan struktura uyğunlaşdırılır.
Xeyr, yalnız ağ şapkalı (White-Hat) metodlar, real sektor saytlarından təbii keçidlər və rəqəmsal PR strategiyası tətbiq olunur.
Lokal SEO xidməti klinika, restoran, hüquq bürosu kimi fiziki məkanların Google Xəritələrdə və 'yaxınlığımda' axtarışlarında ilk sıralara çıxması üçün tətbiq edilir.
Google alqoritmlərinin dəyişiklikləri qavraması və davamlı nəticə əldə edilməsi üçün tövsiyə olunan minimum müddət 3-6 aydır.
Davamlı böyümə və monitorinq üçün SEO xidməti aylıq abunəlik şəklində ödənilir, istəyə görə aylıq hesabatdan sonra dayandırıla bilər.
Hər ay açar söz sıralamaları, üzvi kliklər, daxil olan müraciətlər və görülən texniki işləri əks etdirən canlı Looker Studio paneli təqdim olunur.
Təqdim edilən SEO paketlərinə mövzu klasterlərinə uyğunlaşdırılmış, açar söz hədəfli 8 ədəd unikal məqalə və mətn istehsalı daxildir.
Saytın arxitekturasında səhvlərin qarşısını almaq üçün SEO xidmətləri sayt hazırlanma mərhələsində və ya yayıma çıxan ilk gündən başlamalıdır.
Biz yalnız ümumi açar sözləri deyil, birbaşa satınalma niyyəti daşıyan hədəfli (transactional) açar sözləri optimallaşdıraraq yüksək dönüşüm təmin edirik.
Avtomatlaşdırılmış şablon alətlərdən fərqli olaraq, fərdi yanaşma, dərin texniki kodlaşdırma və real sahəvi mütəxəssis idarəetməsi yüksək ROI qazandırır.
Saytınızın linkini bizə göndərərək ödənişsiz ilkin vəziyyət təhlili və sizə ən uyğun SEO xidməti təklifini əldə edə bilərsiniz.