SEO Konsultasiya Xidməti
SEO konsultasiya hədəf açar sözlər üzrə saytın Google axtarış motorundaki sıralamasını yüksəltmək üçün SEO strategiyası hazırlayan, hazırlanan strategiyanın doğru şəkildə tətbiq olunmasını təmin edən SEO mütəxəssisi tərəfindən göstərilən xidmətdir. Professional SEO xidmətindən fərqli olaraq, SEO konsultasiyası zamanı mütəxəssis qısa, orta və uzun müddətdə yaxşı nəticələr gətirəcək SEO strategiyasını hazırlayır itilməli olan addımları müəyyən edir.
Strategiyanıza dəyər qatan büdcə planı
SEO konsultasiya xidməti qiyməti layihənin mövcud vəziyyətinə, sektorun rəqabət dərəcəsinə və texniki tələblərə əsasən 700 AZN ilə 1500 AZN aralığında dəyişir. Bu investisiya qarşılığında saytınız üçün tam şəffaf, ölçülə bilən və davamlı monitorinq edilən peşəkar həllər əldə edirsiniz.
SEO konsultasiya xidmətinin əsas addımları
SEO konsultasiya xidməti mürəkkəb bir prosesdir və çoxsaylı peşəkar addımları əhatə edir. Bu addımların hər biri müəssisənin rəqəmsal varlığını optimallaşdırmaq üçün xüsusi hədəflər qoyur:
1. SEO Audit
İlk addım saytın mövcud vəziyyətini təhlil etməkdir. SEO audit, saytın texniki SEO, on-page SEO, backlink profili və istifadəçi təcrübəsi kimi faktorlarını yoxlayır. Saytın zəif tərəfləri, səhvlər və inkişaf üçün imkanlar müəyyənləşdirilir.
2. Rəqib Təhlili
Rəqiblərinizi tanımaq, onların istifadə etdiyi SEO strategiyalarını öyrənmək vacibdir. Bu addımda, rəqib analizi ilə onların hansı açar sözlərdən istifadə etdiyi, hansı məzmun növünün daha çox trafik gətirdiyi kimi məlumatlar toplanır. Nəticədə sizin üçün ən effektiv strategiya müəyyən edilir.
3. Açar Söz Araşdırması
Düzgün açar söz araşdırması olmadan SEO mümkün deyil. Xidmət çərçivəsində, biznesiniz üçün ən uygun açar sözlər təyin olunur. Əsas məqsəd, istifadəçilərin axtarış motorlarında istifadə etdikləri real sorğularla məzmununuzun uyğun gəlməsini təmin etməkdir.
4. On-Page SEO
On-Page SEO saytın daxili faktorlarını optimallaşdırmağa yönəlmişdir. Məzmunun meta başlıqları, meta təsvirləri, URL strukturu, alt başlıqlar və vizual optimallaşdırma kimi amillər tənzimlənir ki, axtarış motorları həmin məzmunu daha rahat anlayıb indeksləsin.
5. Backlink Strategiyası
Axtarış sistemləri üçün etibarlı sayılan backlinklər SEO-nun mühüm hissəsidir. Keyfiyyətli və məzmununuzla birbaşa əlaqəli olan backlinklər əldə etmək üçün doğru strategiyalar hazırlanır, bu da saytınızın nüfuzunu və reytinqini yüksəldir.
SEO konsultasiya xidməti sizə nə qazandıracaq?
Eksiksiz Proses Təminatı
Saytınızın SEO prosesinin tamamilə əskiksiz getdiyindən əmin ola biləcəksiniz.
Mövcud İşlərin Güclənməsi
Hal-hazırda icra olunan mövcud SEO prosesinizi daha da gücləndirə biləcəksiniz.
Daha Yüksək Sıralama
Saytınızın Google axtarış nəticələrində daha üst sıralarda mövqe tutmasını təmin edəcəksiniz.
Orqanik Trafik Artımı
Hədəf kütlənın orqanik sorğuları ilə sayt trafikinizin davamlı artmasını təmin edəcəksiniz.
İnteqrasiyalı Nəticələr
Rəqəmsal marketinq hədəflərinizə uyğun qısa, orta və uzun müddətli nəticələr əldə edəcəksiniz.
Büdcə qarşılığında əldə edəcəyiniz SEO həlləri
Saytın texniki auditi
Saytdakı bütün texniki indeksləmə, tarama və struktur xətalarının dərindən analizi.
Texniki SEO tapşırıqlarının yazılması
Proqramçılar üçün xətaların həlli məqsədilə detallı texniki tapşırıqların (TT) hazırlanması.
Saytın on-page auditi
Səhifə daxili başlıqlar, meta elementlər və daxili link strukturunun analizi.
Saytın məzmun auditi
Mövcud kontentlərin keyfiyyət, açar söz uyğunluğu və performans cəhətdən yoxlanılması.
Rəqib analizi
Əsas rəqiblərin rəqəmsal gücünün, trafik mənbələrinin və strategiyalarının təhlili.
Sektor analizi
Fəaliyyət göstərdiyiniz sahədəki ümumi axtarış trendlərinin və bazar payının müəyyənləşdirilməsi.
Səhifə-xarici SEO optimizasiyası
Domen nüfuzunu artıracaq backlink profili və kənar optimizasiya yol xəritəsi.
On-page təkliflər və göstərişlər
İstifadəçi təcrübəsini və dönüşüm nisbətlərini artıracaq səhifə daxili düzəlişlər.
Saytın monitorinqi
Verilən tapşırıqların icra vəziyyətinin davamlı izlənilməsi, yoxlanılması və nəzarət.
Məzmun strategiyası və təlim
SEO yönümlü məzmunların necə yazılacağı ilə bağlı komandanıza xüsusi təlimin keçirilməsi.
Analiz və hesabat
Görülən işlərin, mövqe dəyişikliklərinin və trafik nəticələrinin aylıq analitik hesabatı.
Biznesiniz üçün danışaq.
Düzgün və peşəkar SEO strategiyası ilə rəqiblərinizi geridə qoymaq üçün əlaqə saxlayın.
ismail@yusibov.az