SEO Xidməti

Azərbaycanda müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlər üçün yüksək dəyərli və ölçülə bilən nəticələr təqdim edirəm. Bu xidmət, açar sözlərin irəlilədilməsinin ötəsinə keçərək biznesin böyüməsinə, keyfiyyətli potensial müştərilərə çatmasına və gəlirin artmasına xidmət edir.

ƏMƏKDAŞLIQ ETDİYİMİZ BRENDLƏR
Yanaşma

Sadə bir provayder deyil — strateji partnyor. Dərin təcrübə, sahə məlumatı və strateji vizyon.

SEO Xidmət Paketi

Bütün SEO ehtiyaclarınız üçün tək paket

Veb saytınız üçün təklif etdiyim giriş səviyyə SEO xidmeti paketi 1500 AZN-dən başlayır. Layihənin həcminə uyğun iş planı hazırlanır və bütün texniki, kontent və off-page SEO prosesləri mərhələli şəkildə icra olunur.

ƏN POPULYAR
Professional SEO
1500 AZN
aylıq • başlanğıc qiyməti
✓ Texniki SEO audit
✓ Açar söz strategiyası
✓ On-page optimizasiya
✓ Kontent planı və SEO kontentləri
✓ Link Building strategiyası
✓ Aylıq hesabat və konsultasiya
Layihəmi müzakirə edək
01 — Axtarış Sistemi Optimallaşdırması

Biznesinizi sektorunda lider etmək

Yalnız axtarış motorları üçün deyil — saytınızı həm də müştəriləriniz üçün ideal bir ünvana çevirirəm. Bu xidmət aşağıdakı prosesləri özündə birləşdirir:

Biznesinizin niyə SEO xidmətinə ehtiyacı var?

Bir çox sahibkar brendini rəqəmsalda təmsil etmək və istifadəçilər tərəfindən görülə bilən vəziyyətə gətirmək üçün veb sayta xərc çəkir və nəticədə bir veb sayt sahibi olur. Lakin sahibkarların çox azı, veb sayt sahibi olmağın əslində işin sadəcə başlanğıcı olduğunu bilir.

Veb saytınıza trafik gəlmirsə, yəni, hədəf kütləniz həmin veb sayta girmirsə və ya ümumiyyətlə heç kim saytınızı tapa bilmirsə, veb sayt sahibi olmağın nə mənası var?

SEO xidmeti məhz bu işə yarayır. SEO xidmeti ilə veb saytları Google axtarış nəticələrində yuxarı pillələrə qaldırmaq və sayta trafik çəkmək mümkün olur. Yüksək pillələrdə görünən veb sayt həm istifadəçilərin qarşısına çıxır, həm də sayta ziyarətçi cəlb edir. Məhsul və xidmət satan veb saytlarda trafikin bir qismi satışa dönüşür.

SEO xidmeti brendlərə aşağıdakı üstünlükləri qazandırır:

  • Veb sayta davamlı şəkildə keyfiyyətli trafik gəlir
  • Hədəf açar sözlərinizdə Google axtarışlarında ilk pillələrə qalxırsınız, bu sayədə istifadəçilər sizi tapır
  • Axtarışlarda ilk sıralarda göründükcə brendinqiniz də güclənir
  • Veb sayta gələn trafik satışa dönür

Odur ki, SEO xidmetlerinin üstünlükləri olduqca çoxdur. Əgər siz SEO xidmətlərinin markanıza necə fayda verəcəyini öyrənmək və ilkin məlumatlar əldə etmək istəyirsinizsə, mənə müraciət edə bilərsiniz.

Texniki SEO

Saytınızın texniki sağlamlığını, uyğunluğunu və əlçatanlığını dərindən analiz edirəm. Bu, xidmətin təməl işidir — Google nəticələrində qabaqda çıxmağı əngəlləyən texniki problemləri aradan qaldırıram.

Texniki SEO nədir və niyə vacibdir?

SEO xidmeti zamanı görülən işlərin bir qismini texniki optimallaşdırmalar ehtiva edir. Veb saytınız xaricdən hər nə qədər problemsiz, əlçatan və ideal görünsə belə, SEO cəhətdən zəiflikləri ola bilər. SEO mütəxəssisi olmadan, bu zəifliklərin nələr olduğunu anlamaq çətindir. Məhz bu səbəbdən bir çox proqramçı və ya veb sayt agentliyi mükəmməl bir veb sayt qurduqlarını iddia etsələr də, biz SEO mütəxəssisləri olaraq həmin veb saytlarda ciddi problemlər aşkar edə bilirik.

SEO xidmeti zamanı veb saytın təməlində yatan SEO problemlərini aşkar edib aradan qaldırmaq çox vacibdir. Səhifə-daxili SEO optimallaşdırmalarına başlamazdan əvvəl bu texniki problemləri aradan qaldıraraq tətbiq edəcəyimiz SEO strategiyasından ən yaxşı nəticələri almağı asanlaşdırırıq. Çünkü veb saytda yer alan bəzi texniki xətalar var ki, düzəltmək çox sadədir lakin düzəltmək üçün lazım olan dəyişiklikləri həyata keçirdiyimizdə saytda ciddi trafik və sıralama itkisi yaşana bilər. Bu səbəbdən vacib texniki xətaları SEO xidmetinin elə məhz əvvəlində aradan qaldırıb ideal bir texniki struktur yaradırıq.

Səhifə daxili & xarici SEO

Məzmunları və sayt strukturunu axtarış motorlarında qabaqda çıxmaq üçün optimallaşdırıram. Bu proses, saytın etibarlı qəbul edilməsi üçün keyfiyyətli backlinklərin alınması ilə tamamlanır.

Səhifə daxili SEO nədir?

SEO xidmeti üçün ən vacib yeri tutan optimallaşdırma mərhələlərindən biri elə məhz səhifə-daxili SEO mərhələsidir. Səhifə-daxili SEO zamanı veb sayt və saytda yer alan səhifələr hədəf açar sözlərə uyğunlaşdırılır. Markanız üçün vacib olan açar sözlər, müvafiq formada hədəflənmək üçün səhifələrdə doğru şəkildə işlədilir, unikal və keyfiyyətli məzmunlarla səhifələr zənginləşdirilir və sayt daxilində istifadəçi təcrübəsinin artırılması üçün lazım olan işlər görülür. SEO xidmetinin əsas mərhələsi olan səhifə-daxili SEO mərhələsində aşağıdakı işlər görülür:

  • Keyfiyyətli və unikal məzmunlar hazırlanaraq veb sayta əlavə olunur
  • Hədəf açar sözlərin araşdırılması həyata keçirilir
  • Məzmun planlaşdırması həyata keçirilir və məzmun strategiyası yaradılır
  • Səhifələr müvafiq açar sözləri hədəfləmək üçün yaxşılaşdırılır
  • Mövzu başlıqları, səhifə başlıqları, linklər, şəkillər yaxşılaşdırılır
  • Məzmunlar arası daxili linkləmələr edilir
  • Rəqib və bazar analizləri ilə SEO strategiyası davamlı olaraq möhkəmləndirilir

Güclü səhifə daxili SEO veb sayta yüksək trafikin cəlb olunması üçün vacibdir. SEO xidmeti zamanı səhifə-daxili SEO-ya ciddi önəm verilir.

Kontent strategiyası

Nəticə üçün keyfiyyətli kontent şərtdir. Brendinizi sektorunuzda bir dəyərə çevirmək üçün strateji kontent planlaması edir və kontentləri yaradıram.

Kontent strategiyası nədir? SEO-da kontent strategiyasının rolu nədir?

Kontent strategiyası səhifə-daxili SEO üçün önəmli bir yer tutur. SEO xidmeti zamanı bazar analizi, rəqib analizi, açar söz araşdırması kimi bir çox mərhələ var. Bu mərhələlərdə artıq görüləcək olan SEO xidmeti zamanı hansı açar sözlərə hədəfləmək lazım olduğu müəyyən olunur. Bu açar sözləri hədəfləmək üçün isə bloqlardan, məhsul yazılarından, kateqoriya yazılarından və ya xidmət səhifəsi yazılarından istifadə olunur. Lakin bu qədərlə bitmir. Veb saytın əsas pul səhifələri olan xidmət, məhsul və kateqoriya səhifələrini dəstəkləmək, müştəri hunnisini başdan aşağı hədəfləyən məzmun marketinqini həyata keçirmək üçün bloqlar da hazırlanır. Bütün bu proses A-dan Z-yə SEO xidmeti zamanı əvvəlcədən planlaşdırılır, kontent strategiyası yaradılır və tətbiq olunur. Kontent strategiyası olmadan SEO xidmeti uğurlu olmur çünkü açar sözləri özbaşına hədəfləmək doğru deyil. Brendin xidmət, məhsul və təkliflərinə uyğun açar sözlər əvvəlcədən seçilməli, o açar sözləri axtarış sıralarında irəlilətmək üçün müvafiq bir SEO kontent strategiyası yaradılmalıdır. Yanlış SEO kontent strategiyası sayta daha az trafik gətirə bilər və ya ümumiyyətlə trafik gətirməz. Əlavə olaraq, yanlış SEO kontent strategiyası sayta keyfiyyətsiz trafik də gətirə bilər ki, bu da nəticədə saytın yüksək trafik əldə etməsinə lakin gələn trafikin hədəflənən kütlədən yox, əlaqəsiz bir kütlədən gəlməsinə səbəb ola bilər. Odur ki, kontent xərclərinin bəhrəsini görmək üçün əvvəlcədən doğru bir kontent strategiyası hazırlanmalı və tətbiq edilməlidir. Bu zaman SEO xidmeti də uğurla nəticələnər.

02 — A-dan Z-yə Rəqəmsal Həllər

SEO yalnız sıralama deyil — nəticədir

SEO sadəcə açar sözləri irəlilətmək, trafik çəkmək və Google-də qabaqda çıxmaqdan ibarət deyil. Trafikin keyfiyyəti, açar sözün həqiqətən sektorunuz üçün vacib olub-olmaması və gələn trafikin neçə faizinin satışa dönüşdüyü — uğuru bunlar müəyyən edir.

Biznesiniz üçün nəyin faydalı olduğunu müəyyən edir, SEO strategiyasını maksimal fayda gətirəcək formada mövqeləndirir və tətbiq prosesində hədəfə yönəlik addımlar atılmasını təmin edirəm.

SEO niyə yalnız sıralama deyil?

Bəzi hallarda brendlər veb saytlarının müəyyən sorğularda 1-ci çıxdığını düşünüb "SEO xidmeti bizə lazım deyil" deyə düşünə bilirlər. Müəyyən açar sözlərdə ilk sırada çıxmaq önəmli bir uğurdur. Lakin belə halların 80%-ində sahibkarlar əslində nəticəsi olmayan bir şey üçün sevinirlər.

Belə ki, SEO-da açar sözlərdə 1-ci çıxmaq əsas hədəf kimi qəbul olunur. Lakin açar sözdən açar sözə çox fərq var. Əgər sizin saytınız aylıq orta axtarışı 0 və ya 30 olan bir açar söz üçün ilk sırada çıxırsa və ümumiyyətlə bu açar sözdən heç trafik əldə etmirsə, bu o deməkdir ki, həmin veb sayt heç kimin axtarmadığı bir açar sözdə 1-cidir. Rəqabətin olmadığı, axtaranın olmadığı bir açar sözdə ilk sırada çıxmaq veb sayta və brendə heç nə qazandırmır.

Bəzən isə tam tərsi olur. Veb sayt aylıq axtarışı heç də pis olmayan həm də biznesin öz sektoru üçün vacib olan bir açar sözdə 1-ci çxıır lakin bunun effektini görə bilmir. Burada artıq başqa faktorlar işin içinə daxil olur. İstifadəçi təcrübəsi, məzmun, məhsul/xidmət və ya başqa məsələlər.

  • Səhifə həqiqətən istifadəçini qane edir?
  • Məzmun istifadəçidə inam yaradır?
  • Bəlkə də istifadəçi məhsulu satın almaq istəyir lakin saytın satın alma funksiyası istənilən formada işləmir?

Bütün bunlar hamısı, SEO problemləridir. SEO xidmeti zamanı dönüşüm optimizasiyası həlləri təklif edirəm. Bu həllər veb saytın istifadəçi təcrübəsini artırmağı hədəfləyir. İstifadəçi təcrübəsi yüksək olan bir veb sayt həm axtarış sıralarında yüksək pillələrdə olur, həm də daha çox satış edir.

Tez-tez verilən suallar

SEO xidməti haqqında bilməli olduğunuz hər şey

SEO xidməti nədir?

SEO xidmətləri veb saytı Google axtarış nəticələrində ilk pillələrə daşımaq üçün həyata keçirilən sayt daxili və sayt xarici işlər toplusudur. SEO xidməti ilə veb sayt hədəflənən açar sözlər üzrə optimallaşdırılır və axtarış nəticələrində irəlilədilir. Google axtarışlarında öndə çıxan veb saytlar daha çox trafik və satış əldə etdiyi üçün, SEO xidmətinin əsas məqsədi saytı axtarışda ilk sıralara qaldırmaqdır.

SEO xidməti olmadan saytım axtarışda ilk sıralarda çıxa bilər?

Bəli. Zəif sektorlarda və ya rəqabətin aşağı olduğu sektorlarda SEO olmadan da veb saytı ilk sıralara qaldırmaq mümkündür. Lakin həmin veb saytın həmişə axtarışda ilk sırada qalacağının zəmanəti yoxdur. Əlavə olaraq, saytın hansı açar sözdə ilk sırada çıxdığı vacibdir. Əgər sayt istifadəçilər tərəfindən axtarılmayan bir açar sözdə 1-ci çıxırsa, o açar sözlə əlaqəli trafik də almayacaq və 1-ci çıxmağın heç bir mənası olmayacaq.

SEO üçün xərc çəkməyə dəyər?

SEO uzun müddətli bir prosesdir. Minimum 6 ay olmaqla birlikdə 1 il, 2 il və bəzən sektorundan da asılı olaraq 3 il müddətə uzanan SEO kampaniyaları olur. SEO-nun üstünlüyü odur ki, siz Google axtarışlarında ilk sıralara çıxmağa başladığınız zaman bu sizə həm satış gətirəcək, həm də sizi reklam xərclərindən azad edəcək. Lakin axtarışda ilk sırada çıxmaq üçün həm vaxtınızı, həm də pulunuzu SEO-ya investisiya etməlisiniz. Əgər qısa müddətdə nəticə əldə etmək istəyirsinizsə SEO yerinə PPC reklamlarına yönəlin.

SEO qiymətləri nə qədərdir?

SEO xidməti qiyməti 1000 AZN-dən başlayır. Veb saytın böyüklüyünə və görüləcək işin həcminə görə qiymət dəyişir.

SEO-nun zəmanəti var?

SEO-nun zəmanəti yoxdur çünki SEO bir alqoritm manipulyasiya prosesidir. Davamlı olaraq həyata keçirilən Google alqoritm yeniləmələri, artan rəqabət, texniki məsələlər kimi xarici faktorlar səbəbilə Google nəticələrində sıralamalar davamlı olaraq dəyişir. Bəzən serverinizdə meydana gələn bir neçə günlük problemlər, saytınızın alt-strukturunda həyata keçirilən dəyişikliklər və ya bazardakı tendensiyalar SEO nəticələrinə təsir edə bilir. Bu səbəbdən SEO-ya zəmanət vermək qeyri-peşəkarlıqdır və bunu edənlər yalan danışır.

SEO-da backlink nədir və niyə backlink almalısınız?

Backlink başqa saytlardan sizin veb saytınıza verilən linklərdir. Backlinklər domen gücünün artırılması üçün vacibdir. Google axtarış motorunun əsas alqoritmlərindən biri olan PageRank alqoritmi, hər domenin etibarlılığını ölçmək üçün backlinklərdən istifadə edir. Bu səbəbdən SEO xidməti zamanı müştərilərim hər ay davamlı olaraq tövsiyə etdiyim saytlardan backlink almalıdırlar. Backlinklər SEO-da daha sürətli nəticə əldə etmək və əldə olunan nəticələrin uzun ömürlü olmasını təmin etmək üçün vacibdir.

Backlink almadan SEO etmək olar?

SEO üçün backlink məcburi deyil. Lakin nəticə üçün backlink məcburidir. Siz backlink olmadan da nəticə əldə edə bilərsiniz lakin həmin nəticənin uzun ömürlülüyünü təmin etmək üçün backlinklər şərtdir.

Daha əvvəl SEO almışam lakin nəticə əldə etməmişəm. Yenidən SEO xidməti almalıyam?

Əgər daha əvvəl SEO xidməti almısınızsa və nəticə əldə etmədiyinizi düşünürsünüzsə, mən sizə SEO audit xidməti təklif edə bilərəm. SEO xidmətindən əvvəl bu xidməti almaqla siz saytınızdakı mövcud problemlər barədə məlumat sahibi ola bilərsiniz. SEO audit xidməti eyni zamanda əvvəlki SEO prosesinin niyə uğursuz olduğunu müəyyən etməkdə faydalı olacaq.

SEO xidmətindən nə qədər müddətdə nəticə alacam?

SEO xidməti nəticələri üçün minimum 3-4 ay gözləmək lazımdır ki, işlər görülsün və Google alqoritmi saytdakı dəyişiklikləri tam olaraq emal edə bilsin. SEO-dan optimal nəticəni ilk 1 ildən sonra əldə etmək mümkündür.

Nümunə iş — Case Study

Biopet.az

Azərbaycanda ev heyvanları üçün ən böyük e-ticarət portalı. Səhv aparılan miqrasiyadan sonra bütün açar söz sıralamalarını itirmişdi.

1900%
Sayt trafikində artım
Problem

Yeni domenə keçid xətalı aparılmış, URL strukturu düzgün qurulmamış və Rus dilli axtarış kütləsi tamamilə hədəflənməmişdi.

Həll

10 illik URL strukturu, yüzlərlə 301 yönləndirmə, hreflang, rendering, daxili linkləmə, server sürəti və schema — hamısı düzgün sıra ilə.

Nəticə

Açar sözlər həm Azərbaycan, həm Rus dilində sıralamaya girdi; klik və impression artdı, brend əsas hədəf kütləsinə çıxdı.

Addım 01
Analiz & strategiya
Addım 02
Tətbiq & optimallaşdırma
Addım 03
Ölçmə & hesabatlıq

Biznesiniz üçün danışaq.

Sektorunuza uyğun bir SEO strategiyası üçün əlaqə saxlayın.

ismail@yusibov.az