Son yenilənmə: 24 oktyabr 2026

Şəxsi məlumatların emalı

Ümumi

Bu səhifə yusibov.az saytındakı əlaqə forması, e-poçt və ya telefon vasitəsilə müraciət edən şəxslərin şəxsi məlumatlarının necə emal olunduğunu izah edir. Emal Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununa uyğun aparılır.

Hansı məlumatlar

  • Ad və soyad, telefon nömrəsi, e-poçt ünvanı, şirkət və ya sayt adı.
  • Müraciətdə və yazışmada özünüzün paylaşdığınız digər məlumatlar (məsələn, layihə təsviri, sayt girişləri və ya hesabatlar).

Məqsəd

  • Müraciətinizə cavab vermək və ilkin analiz hazırlamaq.
  • Təklif, müqavilə və hesab-faktura hazırlamaq.
  • Razılaşdırılmış xidməti göstərmək və iş barədə sizinlə əlaqə saxlamaq.

Əsas

Məlumatlar sizin razılığınızla (müraciət etməklə) və ya sizinlə bağlanan müqavilənin icrası üçün emal olunur.

Kimə ötürülür

Məlumatlar satılmır. Yalnız işin icrası üçün zəruri olduqda (məsələn, hostinq, e-poçt və ya mühasibat xidməti) və qanunla tələb olunduqda ötürülə bilər.

Təhlükəsizlik

Məlumatlara yalnız işi görən şəxs çıxış edir. Sizin verdiyiniz sayt və sistem girişləri iş bitdikdən sonra silinir və ya onların dəyişdirilməsi tövsiyə olunur.

Sizin hüquqlarınız

  • Məlumatlarınızın emal olunub-olunmadığını öyrənmək və surətini istəmək.
  • Səhv məlumatların düzəldilməsini və ya silinməsini tələb etmək.
  • Razılığınızı istənilən vaxt geri götürmək.
  • Bu hüquqlardan istifadə etmək üçün ismail@yusibov.az ünvanına yazın. Cavab ən geci 10 iş günü ərzində verilir.

Əlaqə

Növbəti layihə sizinki olsun.

Layihənizi qısa yazın və ya zəng edin. Qiymət və müddəti iş başlamazdan əvvəl yazılı razılaşdırırıq.