Daxili komandası olanlar
Marketinq və ya IT komandasına SEO istiqaməti lazım olanlar.
Axtarış & PR
Daxili komandanız və ya agentliyiniz var, amma istiqamət lazımdırsa, SEO konsaltinq kömək edir. Mən strategiyanı qurur, prioritetləri müəyyən edir və işin keyfiyyətinə nəzarət edirəm.
Çox şirkətdə SEO ilə proqramçı, marketoloq və ya agentlik məşğul olur. Problem çox vaxt bacarıqda deyil, istiqamətdə olur, çünki nəyin vacib olduğu və nəyin gözləyə biləcəyi aydın deyil.
SEO konsaltinqdə strategiyanı birlikdə qururuq. Komandanız nə edəcəyini, nə üçün edəcəyini və nəticəni necə ölçəcəyini bilir.
Hər layihədə bu işlərin hamısı görülür. Ayrıca ödəniş tələb edən gizli mərhələ yoxdur.
Nəyin, hansı ardıcıllıqla və nə üçün ediləcəyi aydın olur.
Komandanız SEO qərarlarını özü verə bilir.
Görülən işin keyfiyyəti və nəticəsi şəffafdır.

Səhiyyə
Kataloqda 13 şəhər və rayondan 186 tibb müəssisəsi var. İxtisas, şəhər və rayon üzrə axtarış mümkündür və hər kombinasiya üçün ayrıca SEO səhifəsi yaradılıb.

Maliyyə
Platforma kredit, kart və əmanət təkliflərini bir yerdə müqayisə etməyə imkan verir. Məzənnələr Mərkəzi Bankın rəsmi məlumatlarından götürülür.

E-ticarət
Dizayndan ödənişə və kateqoriyalardan SEO-ya qədər bütün sistem bir əldən quruldu.

Media
Portal Azərbaycan və dünya futbolu, Formula 1, MMA və digər idman növləri haqqında xəbərləri iki dildə dərc edir və minlərlə xəbər səhifəsinə malikdir.

Turizm və sağlamlıq
Sanatoriya və istirahət mərkəzləri platformasının axtarışda böyüməsi üçün SEO işləri aparılır.

Ev heyvanları, e-ticarət
Domen dəyişikliyindən sonra itən mövqelər texniki audit, yeni URL arxitekturası və 301 xəritəsi ilə geri qaytarıldı.
Marketinq və ya IT komandasına SEO istiqaməti lazım olanlar.
Görülən işin keyfiyyətini müstəqil yoxlatmaq istəyənlər.
Sayt qurulmazdan əvvəl düzgün SEO təməli istəyənlər.
Mövcud vəziyyət, rəqiblər və itirilən imkanlar ölçülür.
Nəyin, nə vaxt və hansı nəticə üçün ediləcəyini göstərən prioritetli plan hazırlanır.
Texniki işlər, kontent və etibar siqnalları addım-addım tətbiq olunur.
Hər ay aydın dildə hesabat təqdim olunur və növbəti addımlar müəyyənləşdirilir.
Cavabını tapmadınız?
E-poçtla yazın
SEO xidmətində işi mən görürəm. Konsaltinqdə isə işi komandanız görür, mən strategiyanı qurur, prioritetləri müəyyən edir və nəticəyə nəzarət edirəm.
Bəli. Konkret sual və ya qərar üçün bir dəfəlik görüş də, aylıq müntəzəm konsaltinq də mümkündür.
Bəli. Görülən işləri, hesabatları və nəticələri müstəqil şəkildə qiymətləndirirəm, nəyin düzgün getdiyini və nəyin getmədiyini aydın göstərirəm.
Bəzi xidmətlərin sabit qiyməti var, digərlərinin qiyməti isə layihənin həcminə görə hesablanır. Qiymət və müddət iş başlamazdan əvvəl yazılı şəkildə razılaşdırılır.
Sayt və AI həlləri istifadəyə verildiyi gündən işləyir. SEO-da ilk dəyişikliklər adətən 2-3 ay ərzində görünür və böyümə bundan sonra da davam edir.
Axtarış & PR üzrə digər xidmətlər
Əlaqə
Layihənizi qısa yazın və ya zəng edin. Qiymət və müddəti iş başlamazdan əvvəl yazılı razılaşdırırıq.