Qlobalda “Trendyol”, “Robinhood”, “Hims & Hers”, yerli bazarda isə “ABB” və “Irshad” kimi bir çox şirkət SEO-dan faydalanır. Böyük şirkətlərlə yanaşı, kiçik şirkətlər də marketinq büdcələrini tənzimləyərkən SEO üçün büdcə ayırır və uzun müddətli düşünərək SEO-nun faydalarından geri qalmaq istəmir.
Bəs bu şirkətlər niyə SEO-dan faydalanır? Daha da əsası, siz niyə SEO-dan faydalanmalısınız?
1. SEO sayta potensial müştəri gətirir!
SEO-nun ən böyük faydası, saytınızı axtarışda qabağa çıxarması və bu sayədə istifadəçiləri sayta cəlb etməsidir. Nümunə olaraq, “mobil telefonlar” sözündə 1-ci sırada çıxan İrşad-ın saytını götürək.
İrşad-ın 1. Sırada çıxan bu səhifəsi hal-hazırda nə az nə çox, 26.000+ trafik alır.
Bu o deməkdir ki, İrşad mobil telefonlar ilə bağlı axtarış edən hamının qabağına çıxır və ümumi trafikin çox böyük bir hissəsini özünə götürür. Nəticədə isə potensial müştərilərin böyük bir hissəsi (80%+) İrşad-ın saytına daxil olur.
Heç şübhəsiz ki, İrşad uzun müddət boyunca həyata keçirdiyi SEO işlərinin nəticəsini alır.
Siz də öz saytınız üçün SEO optimallaşdırma edərək hədəf açar sözlərinizdə ilk sıralara gələ bilər və potensial müştəriləri sayta cəlb edə bilərsiniz.
SEO almaq və ya SEO barədə müzakirə etmək üçün mənə yaza bilərsiniz.
2. SEO satışlarınızı artırır!
SEO sayta trafik çəkməkdən ibarət deyil.
Saytın Google nəticələrində hədəf açar sözlər üzrə ilk sıralara gətirilməsi təbii olaraq satış nisbətini artıracaq. Lakin bundan əlavə, SEO-da satışları artırmaq üçün müəyyən işlər də görülür.
SEO-nun əsas işlərindən biri də, sayta gələn trafiki satışa dönüşdürməkdir. SEO optimallaşdırma prosesində həyata keçirilən UX/UI düzəlişləri, istifadəçi təcrübəsini artırmaq üçün atılan addımlar, dönüşüm nisbəti optimallaşdırması və digər işlər, sayta gələn istifadəçinin satışa yönəlməsinə kömək edir.
3. SEO rəqabət gücünüzü artırır!
Siz axtarış nəticələrində bir dəfə ilk sıralara gəlsəniz, sizi oradan aşağı düşürmək çox çətin olacaq. Bunun səbəbi məhz axtarış motoru alqoritminin işləmə prinsipində gizlidir. Axtarış motorları ən çox trafiki alan və istifadəçini ən çox məmnun edən səhifəni ilk sırada tutmağa üstünlük verir. Sizin səhifəniz axtarış nəticələrində nə qədər çox ilk sırada qalsa, onu oradan düşürmək də bir o qədər çətinləşir. Bu isə birbaşa olaraq rəqibləriniz üzərində üstünlük qurmağınıza səbəb olur.
Bir çox açar sözdə rəqiblərinizi keçdiyiniz zaman daha çox marka populyarlığı, daha çox istifadəçi və daha çox satış əldə edirsiniz. Bu isə rəqabət gücünüzün artmasına səbəb olur.
4. SEO reklam büdcənizi azaltmağa kömək edir!
SEO axtarış motorlarında saytınızı hədəf açar sözlər üzrə ilk sıralara gətirmək və daha çox istifadəçi cəlb etmək üçün edilir. Əgər veb saytınız axtarışda ilk sıralara gəlirsə və rəqiblərinizdən daha çox insan cəlb edirsə, bu halda siz Google reklamları kimi digər reklamlarınızın büdcəsini azalda bilərsiniz. Xüsusilə kiçik həcmli və az marketinq büdcəsinə sahib olan şirkətlər üçün bu əhəmiyyətli bir faydadır.
5. SEO potensial müştərilərinizdə güvən yaradır.
Düzgün aparılan bir SEO optimallaşdırma prosesi, veb saytınızı potensial müştərilərin gözündə güvənilən və etibarlı bir adresə çevirir. Veb saytınız satdığınız xidmət və ya məhsul barədə keyfiyyətli məzmunlarla zənginləşdirilibsə, SEO sayəsində axtarışda ilk sıralarda çıxırsa və istifadəçi təcrübəsi üçün optimallaşdırılıbsa, potensial müştərilər biznesinizin etibarlı bir biznes olduğunu düşünəcəklər.
SEO-nun biznesiniz üçün digər faydaları ilə maraqlanırsınız?
SEO-nun biznes üçün faydaları saymaqla bitmir. Ən əsası da, hər bir biznes üçün SEO-nun faydası müxtəlifdir. Şirkətinizin SEO ilə nə əldə edəcəyi barədə maraqlanırsınızsa mənə müraciət edərək SEO konsultasiya əldə edə bilərsiniz. Bu sayədə mən sizə mövcud SEO vəziyyətinizlə bağlı ilkin məlumatları verəcək və SEO-dan faydalandığınız təqdirdə nələr əldə edəcəyinizi detallı bir şəkildə izah edəcəm.