Texniki SEO & SEO Audit Xidməti

Veb saytınızın axtarış nəticələrində yüksək performans göstərməsini əngəlləyən xətaları aradan qaldırın.

Sürətli Təklif Alın

SEO audit xidməti

SEO audit veb saytınızın axtarış motorları qarşısındakı ümumi vəziyyətini texniki, məzmun və xarici (backlink) baxımdan detallı şəkildə analiz edən prosesdir. Sadə dillə desək, saytınızın Google-da niyə istədiyiniz sıralara çıxa bilmədiyini və hansı problemlərin bunun qarşısını aldığını göstərən diaqnostik hesabatdır.

Bir çox sayt sahibi aylarla SEO işi görür, məzmun yazır, keçid alır, amma nəticə görmür. Səbəb çox vaxt daha dərinlərdə gizli olur. İndeksləmə problemi, canonical səhvi, JavaScript render problemi, cannibalizasiya, saytın sürətinə mane olan bir script, ya da kontent strukturundakı bir çatışmazlıq bütün SEO cəhdlərinizi effektsiz edə bilər. SEO audit xidməti məhz bu görünməyən problemləri üzə çıxarır.

Mən İsmail Yusibov olaraq həm daxili komandası olan şirkətlər üçün (bilirsiniz nə etməli olduğunuzu, sadəcə problem siyahısı istəyirsiniz), həm də SEO işini kimə həvalə edəcəyini bilməyən sayt sahibləri üçün detallı SEO audit hazırlayıram.

SEO audit xidmətim hansı sahələri əhatə edir?

Detallı SEO audit üç əsas kateqoriyada aparılır. Hər kateqoriyada onlarla parametr yoxlanılır və problemlər önəm dərəcəsinə görə təsnif edilir:

Texniki SEO auditi

Saytınızın Google botları tərəfindən düzgün oxunub indekslənməsini əngəlləyən texniki problemlərin aşkarlanması. Texniki audit çərçivəsində yoxlanılan parametrlər:

  • İndeksləmə statusu və Search Console coverage hesabatı
  • Crawl büdcəsinin istifadəsi və crawl statistikaları
  • Robots.txt konfiqurasiyası və bloklanmış səhifələr
  • XML sitemap strukturu və göndərilmiş vs indekslənmiş URL nisbəti
  • Canonical URL tənzimləmələri və duplicate content problemləri
  • Redirect zəncirləri (301, 302) və redirect loop-ları
  • 404 və 5xx server xətaları
  • Core Web Vitals göstəriciləri (LCP, INP, CLS) mobil və desktop üzrə
  • Sayt sürəti (PageSpeed Insights və real user data)
  • Mobil uyğunluq və mobile-first indeksləmə
  • HTTPS və qarışıq məzmun (mixed content) problemləri
  • JavaScript render problemləri
  • Strukturlaşdırılmış data (Schema markup) yoxlanışı
  • Hreflang tənzimlənməsi (çoxdilli saytlar üçün)
  • Sayt arxitekturası və URL strukturu

Daxili (On-Page) SEO auditi

Səhifələrinizin hədəf açar sözlər üçün nə qədər yaxşı optimallaşdırıldığının və məzmun strategiyasındakı boşluqların aşkarlanması. Daxili audit çərçivəsində yoxlanılan parametrlər:

  • Mövcud açar söz sıralamalarının və trafik mənbələrinin analizi
  • Rəqib saytlarla müqayisə və açar söz boşluqları (keyword gap)
  • Axtarış niyyətinə (search intent) uyğunluq
  • Title tag və meta description keyfiyyəti
  • H1, H2, H3 başlıq iyerarxiyası
  • Açar söz cannibalizasiyası (bir açar sözdə birdən çox səhifənin rəqabət etməsi)
  • Məzmun uzunluğu, dərinliyi və oxunaqlıq
  • Daxili linkləmə strukturu və yetim (orphan) səhifələr
  • Şəkil optimizasiyası (alt text, fayl ölçüsü, format)
  • URL strukturu və slug keyfiyyəti
  • Zəif performans göstərən səhifələrin təsnifatı (yenilənəcək, birləşdiriləcək, silinəcək)
  • Topical authority baxımından məzmun boşluqları

Xarici (Off-Page) SEO auditi

Saytınızın backlink profilinin və brend qeydiyyatlarının vəziyyətinin analizi. Xarici audit çərçivəsində yoxlanılan parametrlər:

  • Ümumi backlink sayı və referring domain analizi
  • Backlink keyfiyyəti və domain reytinqi paylanması
  • Anchor text paylanması və manipulyasiya riskləri
  • Zərərli və spam backlinklərin aşkarlanması (disavow lazım olub-olmadığı)
  • Rəqiblərin backlink profili ilə müqayisə
  • Rəqiblərdə olub sizdə olmayan keçid mənbələri (link intersect)
  • Brend qeydiyyatlarının statusu (linked və unlinked mentions)
  • Lokal SEO üçün NAP tutarlılığı (lokal biznes saytları üçün)

SEO audit sonunda nə alacaqsınız?

SEO audit xidməti sadəcə problem siyahısı ilə bitmir. Auditin əsl dəyəri problemlərin necə həll ediləcəyini göstərən konkret yol xəritəsindədir. Audit sonunda təqdim edilən sənəddə aşağıdakılar yer alır:

  • Bütün aşkarlanan problemlərin önəm dərəcəsinə görə təsnifatı (kritik, orta, aşağı)
  • Hər problem üçün konkret həll təklifi və tətbiq təlimatı
  • Hansı işlərin daxili komanda, hansıların developer, hansıların SEO mütəxəssisi tərəfindən görülməli olduğunun göstərilməsi
  • Prioritet sırasına görə 3, 6 və 12 aylıq yol xəritəsi
  • Beklənən nəticələr və hansı KPI-ların izləniləcəyi
  • Audit nəticələrinin şifahi izahı üçün onlayn görüş

SEO audit xidməti kimlərə uyğundur?

SEO audit aşağıdakı hallarda ən faydalı olur:

  • Sayt trafikində açıqlana bilməyən düşüş yaşayanlar
  • Uzun müddətdir SEO işi görülüb nəticə alınmayan saytlar
  • SEO xidməti almadan öncə mövcud vəziyyəti qiymətləndirmək istəyənlər
  • Daxili SEO komandası olub xarici gözdən keçmə (second opinion) istəyən şirkətlər
  • Yeni domenə köçürmə (migration) planlayanlar
  • Google alqoritm yeniləməsindən sonra sıralamalarını itirənlər
  • Rəqiblərinin niyə önə keçdiyini anlamaq istəyən sayt sahibləri

SEO audit xidməti üçün müraciət edin

Saytınızın SEO vəziyyətini detallı şəkildə görmək və konkret yol xəritəsinə sahib olmaq istəyirsinizsə, əlaqə saxlayın. İlkin danışıqda saytınızın həcmini və auditdən nə gözlədiyinizi müzakirə edir, sizə uyğun SEO audit xidməti paketini təklif edirəm.

Əlaqə: +994 51 797 78 58 (WhatsApp) | ismail@yusibov.az