HomeSEO-dan Nə Vaxt Nəticə Alacam?SEOSEO-dan Nə Vaxt Nəticə Alacam?

SEO-dan Nə Vaxt Nəticə Alacam?

Bugünə qədər ən çox aldığım suallardan biri “SEO-dan nə vaxt nəticə alacam?” sualıdır. Artıq bu sualı almaqdan qərara gəldim ki, bu barədə bir yazı yazım. 

SEO-dan nəticə almaq 6-12 ay çəkir. Lakin bu müddət hər sayt üçün keçərli deyil. Bəzi hallarda görülən SEO işlərinin nəticəsi 1-2 il içərisində gəlir. SEO-dan nə vaxt nəticə alınacağını dəqiq demək isə mümkün deyil.

Hər bir sahibkarın almaq istədiyi SEO optimallaşdırma servisinin nə vaxt nəticə verəcəyini öyrənmə haqqı var. Lakin bir məsələ var ki, SEO-da nəticənin müddəti hesablana bilmir. Sadəcə təxmin edilə bilir ki, bu da əslində düzgün bir yanaşma deyil.

Əvvəlcə bu sualın biz SEO mütəxəssisləri üçün niyə çətin bir sual olduğunu izah edim.

SEO-dan nə vaxt nəticə alacağınızı müəyyən etmək çətindir çünkü prosesin içərisində həddindən artıq daxili və xarici faktor rol oynayır. 

Google yeniləmələri, texniki proseslər, axtarış motorunun görülən işə verdiyi reaksiya (bəzən hər şey düzgün edilsə belə axtarış motoru buna səhv reaksiya verə bilir), saytın böyüklüyü, izlənilən strategiya, qoyulan investisiya, saytın texniki potensialı və daha bir çox faktor var ki, SEO-dan nə vaxt nəticə alacağınıza təsir edir.

Hər şeyin mükəmməl olduğu bir vəziyyətdə belə, dəqiq vaxt vermək mümkün deyil. Deyək ki, siz SEO-ya böyük investisiya ayırmısınız. Saytınız isə texniki cəhətdən SEO üçün əlverişlidir. Davamlı olaraq işlər görülür. Bu zaman belə meydana gələn bir Google alqoritm yeniləməsi ilə sayt trafikinizdə ciddi azalmalar görə bilərsiniz.

Bütün bunları diqqətə aldığımız zaman sizdə belə bir sual yarana bilər, “bəs onda nə vaxt nəticə alacağımı necə biləcəm?

Bu sualın cavabı ilə maraqlananlara hər zaman dediyim bir şey var; özünüzü bir vaxt ilə məhdudlaşdırmayın. SEO uzun müddətli bir strategiyadır. Siz sadəcə 1 ayda saytınızın SEO vəziyyətini yaxşılaşdırmaq üçün hər şeyi edə bilərsiniz ama Google axtarış motoru alqoritmi bunu 1 il boyunca görməyə bilər. Eynilə, siz hər ay sayt trafikinizdə, açar sözlərdə və satışlarda artım da görə bilərsiniz. SEO-da hədəflədiyimiz şey alqoritm olduğu üçün, alqoritmin davranışı hər şeyi müəyyən edir.

SEO-da nə vaxt nəticə görüləcəyi barədə maraqlananlar sadəcə 1 vacib şeyi bilməlidir; davamlı olaraq işlərin görülməsi mütləqdir. Əgər strategiya düzdürsə, SEO işi düzgün aparılırsa, əvvəl axır nəticə görəcəksiniz. İlk 3-4 ayda nəticə görməmək, gələcəkdə nəticə görməməyinizin işarəsi deyil. Lakin siz ilk 3-4 ayda nəticə görmədikdən sonra SEO-nu dayandırsanız, bu gələcəkdə əldə edəcəyiniz uğurun böyüklüyünü də azaldacaq. Çünkü Google və digər axtarış motorları sabitliyi sevir. Hər ay edilən yaxşılaşdırmalar ümumi sayt keyfiyyətini artırır və axtarış alqoritminə siqnallar göndərir. Bütün yaxşılaşdırmalar toplanaraq artır və bir müddət sornasında saytınızın bir çox açar sözdə ilk sıralara gəldiyini, satışlarınızın artdığını görürsünüz. Məhz bu səbəbdən prosesi yarıda saxlamamaq, heç olmasa SEO işlərinə 1-2 il davam etmək tövsiyyə olunur.

Təbii ki bu yanaşma tək marketinq kanalı SEO olanlar üçün çətin bir vəziyyətdir. Çünkü bir çox kiçik biznes sadəcə SEO-ya fokuslanaraq uğur əldə etməyin düzgün olduğuna inanır. Halbuki Google və digər axtarış motorları üçün bir biznesin bir çox kanalda aktiv olması, SEO vəziyyətinə də yansıyan bir haldır. Məhz bu səbəbdən SEO tək gəlir qapısı olaraq görülməməli, uzun müddətli marketinq strategiyası olaraq düşünülən bir investisiya olmalıdır.

Odur ki, SEO servisi almağı düşünürsünüzsə lakin nə vaxt nəticə görəcəyinizlə maraqlanırsınızsa, bu sualı çox güman ki, SEO servisi təminatçısı da bilməyəcək. Bunun səbəbi, elə məhz axtarış motorlarının işləmə prinsipidir. Bu sual yerinə siz saytınız üçün hansı işlərin görülməli olduğunu, nələrin vacib olduğunu, necə bir strategiya izləniləcəyini soruşa bilərsiniz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir