E-Commerce Saytlarının Hazırlanması və SEO Strategiyaları

E-ticarət markanız üçün həm funksional veb saytların hazırlanması, həm də gəlirə fokuslanmış tam əhatəli SEO həlləri.

Sürətli Təklif Alın

Rəqabətin ən yüksek olduğu sahələrdən biri E-commerce (elektron ticarət) sahəsidir. Bu dinamik və sürətlə böyüyən bazarda uğur qazanmaq sadəcə məhsulları veb sayta yerləşdirməklə bitmir; potensial müştərilərin qarşısına ən doğru zamanda çıkmaq, diqqət çəkmək və ən əsası ziyaretçiləri alıcılara çevirmək tələb olunur.

Yusibov.az olaraq, e-ticarət markanız üçün həm funksional veb saytların hazırlanmasını, həm də gəlirə fokuslanmış tam əhatəli SEO strategiyalarının tətbiqini həyata keçiririk.

E-ticarət Saytlarının Hazırlanması

Biz veb sayta sadəcə rəqəmsal bir vitrin kimi baxmırıq. E-ticarət saytının istifadəçi təcrübəsi (UX) cəhətdən optimallaşdırılmış olması, sürətli işləməsi və SEO strategiyaları üçün ideal zəminə sahib olması bizim üçün vacibdir.

  • İstənilən Həcmdə Kataloq İdarəetməsi: İstər 10, istər 100, istərsə də 100.000 məhsulunuz olsun, elektron ticarət proyektiniz üçün ən sürətli, ən funksional və ən ideal veb saytı hazırlayırıq.
  • Tam Nəzarət və Funksionallıq: Yaratdığımız e-ticarət saytlarında siz rahatlıqla məhsul əlavə edə, məhsulların məlumatlarına müdaxilə edə və müştəridən ödəniş ala bilirsiniz.
  • SEO və UX Uyğunluğu: Hazırladığımız bütün proyektlərin SEO uyğunluğunu təmin edir, istifadəçi təcrübəsinin yüksek olmasına xüsusi diqqət yetiririk.

E-ticarət üçün Tam Əhatəli SEO

Əgər böyük bir elektron ticarət saytınız varsa və uzun müddətdir fəaliyyət gösterirsinizsə, çox güman ki, saytınızda həll olunmağı gözləyən minlərlə və ya on minlərlə SEO problemi var. E-ticarət SEO-su sadəcə axtarışda ilk sıralara qaldırmaqla qalmır, sayta gələn trafikin satışa çevrilməsini təmin edir.

Müştərilərimiz üçün həyata keçirdiyimiz əsas fəaliyyətlər:

  • Texniki SEO və Detallı Audit: Saytınızdakı texniki problemləri aşkarlayıb aradan qaldırır, səhifə-daxilində nələrin səhv olduğunu və texniki strukturun axtarış motorları üçün əlverişli olub-olmadığını müəyyən edirik.
  • Bazar və Rəqib Analizi: Bazarı, rəqibləri və onların hansı açar sözlər üçün trafik çəkdiyini analiz edərək e-ticarət saytınız üçün ən çox gəlir gətirəcək strateji hədəfləmələri təyin edirik.
  • Məzmun Marketinqi: Rəqiblərdən daha keyfiyyətli və daha yaxşı performans gösterən məzmunlar hazırlayırıq. Bu, həm axtarış motorlarının diqqətini çekir, həm də alıcının qərarvermə prosesini asanlaşdırır.
  • Backlink və Rəqəmsal PR: Rəqabətli məhsul və kateqoriya açar sözlərində yüksəlmək üçün veb saytınıza uyğun, tematik əlaqəli və yüksek trafikli veb saytlardan keyfiyyətli linklər alırıq.
  • UX & CRO (Dönüşüm Nisbəti Optimizasiyası): Sayta gələn trafikin satışa dönməsi və istifadəçinin veb saytınızda rahatlıqla alış-veriş edə bilməsi üçün optimallaşdırma aparırıq.
  • Sayt Miqrasiyası (Lazım gələrsə): E-ticarət alt strukturunuzu dəyişirsinizsə, trafik və gəlir itkisi yaşamağınızın qarşısını almaq üçün sayt miqrasiya proseslərini ən az risk ilə idarə edirik.

Niyə E-ticarət Həlləri üçün Bizi Seçməlisiniz?

Biz 5-6 il əvvəlin SEO strategiyalarını tətbiq etmirik. Hər bir müştərimiz üçün, onların biznes hədəflərinə və e-ticarət bazarının tələblərinə uyğunlaşdırılmış xüsusi bir 6 aylıq strategiya yaradırıq. Tətbiq etdiyimiz strategiya üzrə davamlı olaraq nəticələri analiz edir, iterasiyalar aparır və hər addımı sizə şəffaf hesabatlarla təqdim edirik.

Satışlarınızı artırmağa hazırsınız?

Peşəkar saytların hazırlanması, E-commerce istiqamətində uğurlu olmaq üçün çox vacibdir. Əgər e-ticarət layihəniz üçün arzuladığınız veb saytı yaratmaq və orqanik axtarışlarda rəqiblərinizi dominasiya etmək istəyirsinizsə, bizə müraciət edin. İlkin konsultasiya zamanı istəklərinizin qarşılanması üçün lazım olan bütün məsələləri müzakirə edək.