SMM Xidməti (Sosial Media Marketinqi)

Sosial media hesablarınızın peşəkar idarə edilməsi, brend imicinizin gücləndirilməsi və auditoriya ilə aktiv əlaqə qurulması.

Sürətli Müraciət Edin

SMM xidməti nədir və biznesinizə nə qazandırır?

SMM xidməti (Social Media Marketing) markanızın Instagram, Facebook, TikTok, LinkedIn və digər sosial platformalardakı varlığının strateji şəkildə idarə edilməsidir. Bu, sadəcə həftədə bir neçə post paylaşmaq demək deyil. Doğru SMM strategiyası hədəf auditoriyanızı tanımaq, onların hansı platformada, hansı formatlarda və hansı saatlarda aktiv olduğunu bilmək, bu məlumat üzərindən məzmun planı qurmaq və nəticələri ölçmək deməkdir.

Bir çox marka sosial mediada var, amma sosial mediadan real biznes nəticəsi almır. Səbəb çox vaxt strategiyanın yoxluğudur. Rəqiblərin nə etdiyinə baxaraq oxşar postlar paylaşmaq, trend musiqi ilə reel çəkmək və ya hər gün story atmaq tək başına heç nəyə xidmət etmir. Nəticə odaklı SMM xidməti hər hərəkəti konkret biznes hədəfinə bağlayır: satış, brend tanınması, lead generasiyası və ya müştəri sadiqliyi.

SMM xidmətim hansı işləri əhatə edir?

SMM xidmətləri çoxşaxəli bir prosesdir. Aşağıda ümumi iş çərçivəm göstərilir:

Strategiya və planlaşdırma

Hər hərəkətdən öncə strategiya. Bu mərhələdə həyata keçirilən işlər:

  • Marka və hədəf auditoriya analizi
  • Rəqib sosial media hesablarının auditi və mövqeləndirmə boşluqlarının aşkarlanması
  • Persona hazırlanması (hədəf müştərinin sosial media davranışları)
  • Platform seçimi (hər marka hər platformda olmamalıdır)
  • Aylıq və rüblük məzmun planı
  • KPI-ların müəyyənləşdirilməsi (reach, engagement, konvertasiya, lead sayı)
  • Marka səsi (tone of voice) və vizual dil sənədləşdirilməsi

Məzmun istehsalı

Strategiya nə qədər güclü olsa da, məzmun zəifdirsə nəticə gəlməz. Məzmun istehsalı çərçivəsində həyata keçirilən işlər:

  • Aylıq məzmun təqvimi hazırlanması
  • Feed post dizaynları (statik və carousel)
  • Reels və TikTok video ssenariləri
  • Story məzmun planlaması (etkileşim, satış, məlumat)
  • Copywriting (post açıqlaması, caption, CTA)
  • Trending audio və format uyğunlaşdırması
  • Hashtag strategiyası
  • User Generated Content (UGC) planlaması

Hesab idarəetməsi və community management

Məzmun paylaşmaq işin yarısıdır. Digər yarısı auditoriya ilə əlaqədir. Bu mərhələdə həyata keçirilən işlər:

  • Gündəlik post və story yayımlanması
  • Şərh və DM-lərə cavab verilməsi
  • Krizlərin idarə edilməsi (mənfi şərhlər, xəbərdarlıq)
  • Mention və tag-lənmiş məzmunun izlənməsi
  • Follower artım strategiyası (organik)
  • Influencer və blogger əməkdaşlıqlarının koordinasiyası
  • Digər markalarla kolaborasiya imkanlarının qiymətləndirilməsi

Ödənişli reklam idarəetməsi (Meta Ads)

Organik məzmun tək başına kifayət etmir. Meta Ads, TikTok Ads və LinkedIn Ads platformalarında reklam kampaniyalarının planlaşdırılması və idarə edilməsi:

  • Kampaniya strukturunun qurulması (awareness, consideration, conversion)
  • Hədəf auditoriya seqmentləri və custom audience yaradılması
  • Reklam kreativlərinin hazırlanması və test edilməsi
  • A/B test və büdcə optimizasiyası
  • Pixel və konvertasiya izlənməsi qurulumu
  • Retargeting kampaniyaları

Hesabat və analiz

Ölçülməyən şey idarə edilə bilməz. Aylıq hesabat çərçivəsində təqdim edilənlər:

  • Reach, impression, engagement göstəriciləri
  • Follower artımı və auditoriya demoqrafiyası
  • Ən yaxşı və ən zəif performans göstərən postların analizi
  • Reklam kampaniyalarının ROAS və CPA göstəriciləri
  • Rəqiblərlə müqayisə
  • Növbəti ay üçün strateji tövsiyələr

SMM xidmətləri hansı platformalar üçün təqdim olunur?

Hər marka hər platformda olmamalıdır. Auditoriyanızın harada olduğuna və biznes modelinizə görə uyğun platform kombinasiyası seçilir. İdarə etdiyim əsas platformalar:

  • Instagram: B2C, e-ticarət, xidmət, qastronomiya, moda, gözəllik
  • Facebook: Geniş demoqrafiya, lokal biznes, lead generasiyası
  • TikTok: Gənc auditoriya, viral məzmun, brend tanınması
  • LinkedIn: B2B, professional xidmətlər, korporativ marka

SMM xidməti kimlərə uyğundur?

SMM xidmətləri aşağıdakı bizneslər üçün ən yüksək qayıdışı verir:

  • Instagram və Facebook üzərindən satış edən e-ticarət markaları
  • Yerli auditoriyaya çatmaq istəyən restoran, kafe və xidmət biznesləri
  • Klinika, gözəllik salonu, fitness studiyası kimi lokal xidmət göstərən markalar
  • Brend tanınmasını artırmaq istəyən yeni qurulmuş şirkətlər
  • B2B satış prosesində LinkedIn-i aktiv istifadə etmək istəyən şirkətlər
  • Influencer əməkdaşlıqları və UGC strategiyası qurmaq istəyən markalar

Əgər biznes modeliniz sosial mediada auditoriyaya çatmağa uyğun deyilsə, bunu ilkin görüşdə açıq deyirəm. Hər markaya SMM lazım olmaya bilər.

SMM xidməti prosesi necə işləyir?

  1. İlkin görüş və brief: Markanız, hədəf auditoriyanız və biznes hədəfləriniz haqqında detallı danışırıq.
  2. Audit və strategiya: Mövcud sosial media hesablarınızın auditini keçirir, rəqib analizini aparır və 3-6 aylıq strategiya sənədi hazırlayıram.
  3. Məzmun planı və istehsal: Aylıq məzmun təqvimi hazırlanır, təsdiqlənir və istehsal başlayır.
  4. Yayın və idarəetmə: Postlar planlaşdırılmış qrafikə uyğun yayımlanır, community management aktiv aparılır.
  5. Aylıq hesabat və optimizasiya: Hər ay göstəricilər analiz edilir, strategiya lazım olduqda uyğunlaşdırılır.

SMM xidməti üçün müraciət edin

Sosial mediada real nəticə görmək istəyirsinizsə, ödənişsiz ilkin görüş üçün əlaqə saxlayın. Görüşdə markanızı və hədəflərinizi dinləyir, sizə uyğun SMM xidmətləri paketini təklif edirəm.

Əlaqə: +994 51 797 78 58 (WhatsApp) | ismail@yusibov.az