Müştərilərinin SEO xidmətlərini outsource etmək istəyən rəqəmsal marketinq agentlikləri üçün.
Agentliklər üçün SEO (autsorsinq)
Müştərilərinin SEO proseslərini autsors etmək istəyən rəqəmsal marketinq agentlikləri üçün SEO həlləri təklif edirik. Xidmətimiz rəqəmsal marketinq agentliyinizin SEO istiqamətində xidmət almaq istəyən müştərilərə tam əhatəli SEO həllərini ehtiva edir.
Əgər rəqəmsal marketinq agentliyinizə daha çox insan işə almaq istəmirsinizsə və ya şirkət daxili təlimlərə ayıracaq vaxtınız yoxdursa, Yusibov.az olaraq göstərdiyimiz şəffaf hesabatlar və peşəkar iş prosesimizdən faydalana bilərsiniz. Siz bizdən tam əhatəli autsors (outsource) SEO ilə yanaşı müəyyən SEO paketlərini (SEO audit, lokal SEO və s.) də ala bilərsiniz.
Nə vaxt outsource SEO almalısınız?
Nəticə almalısınız lakin vaxt ayıra bilmirsiniz
Agentlik daxilində bir çox rəqəmsal marketinq üzrə fəaliyyət göstərən işçiniz var lakin iş yükü və digər məsuliyyətlər səbəbindən müştərilərinizin SEO proseslərini idarə etməkdə çətinlik yaşayırsınızsa autsors xidmətimizdən faydalana bilərsiniz.
Texniki SEO tərəfdə çətinlik yaşayırsınız
Rəqəmsal marketinq agentliyi olaraq göstərdiyiniz məzmun marketinqi və digər xidmətlər ən yüksək səviyyədədir, lakin texniki problemlər müştərilərinizin SEO potensialına çatmasına əngəl yaradır. O zaman siz bizim texniki bacarıqlarımızdan faydalana bilərsiniz.
Sıralamalar artmır, daha yaxşı strategiyaya ehtiyacınız var
Əgər açar sözləriniz 2 və 3. Səhifələrdə ilişib qalıbsa və rəqibləriniz sizi davamlı olaraq geridə qoyursa, o zaman daha yaxşı bir SEO strategiyası üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Əməkdaş almaq və təlim vermək çox bahadır və ya vaxtınız yoxdur
SEO istiqamətində peşəkar bir mütəxəssis işə alıb prosesləri ona təhvil vermək bahalı və vaxt alan bir proses ola bilər. İşə alma prosesləri, doğru insanı tapmaq və agentliyə öyrəşdirmək yerinə, prosesi sürətləndirmək üçün outsource SEO həllərimizdən faydalana bilərsiniz.
Hansı outsource SEO həllərini təklif edirik?
Texniki SEO Həlləri
Texniki SEO vasitəsilə veb saytın daxili problemlərini aradan qaldırıb saytın SEO tərəfdə potensialına çatmasını təmin edirik.
Səhifə Daxili (On-Page) Optimizasiya
Saytların mövcud səhifələrinin səhifə daxili SEO işlərini görərək meyar və yüksək sıralamalar əldə olunmasını təmin edirik.
Məzmun Marketinqi və Klasterləmə
Biz rəqiblərdən daha keyfiyyətli və daha yaxşı performans göstərən məzmunlar hazırlayırıq. Müxtəlif sektorlar üzrə keyfiyyətli məzmunların hazırlanması üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Səhifə Xarici (Off-Page) və Backlinklər
Ola bilər ki, siz hər şeyi edirsiniz lakin səhifə-xarici SEO tərəfdə əskikliklər olduğu üçün layihələr istədiyiniz yerə gələ bilmir. Bu mərhələdə biz veb saytların ehtiyaclarına uyğun backlinklərin müəyyən edilib alınmasını təmin edirik.
Niyə outsource SEO üçün bizi seçməlisiniz?
Autsors SEO həllimiz yüksək nəticələr və keyfiyyətli SEO prosesi görmək istəyən agentliklər və brendlər üçün dizayn olunub. Strukturlaşdırılmış iş axımı, dəqiq məsuliyyətlər və keyfiyyətli iş üçün bizimlə əlaqə saxlaya bilərsiniz.