Potensial partnyorlar böyük həcmli daşımaları etibar edəcəkləri şirkətləri məhz axtarış motorları vasitəsilə tapır və qərar verirlər. Yusibov.az olaraq, logistika sektorunun dinamikasına uyğun korporativ veb saytlar hazırlayır və mürəkkəb SEO strategiyaları ilə sizi hədəf kütlənizin düz qarşısına çıxarırıq.
Logistika Şirkətləri üçün Peşəkar Saytların Hazırlanması
Rəqəmsal vitrininiz qlobal partnyorlara etibar aşılamalı və sistemli işləməlidir. Biz veb sayta sadəcə rəqəmsal bir vitrin kimi baxmırıq; veb saytın istifadəçi təcrübəsi cəhətdən optimallaşdırılmış olması və SEO strategiyaları üçün ideal zəminə sahib olması bizim üçün vacibdir.
Fərdi Korporativ İnterfeys
Brend imicinizi 1-1 yansıdan korporativ veb saytların hazırlanması xidməti ilə tranzit və karqo fəaliyyətlərinizə xüsusi uyğunlaşdırılmış interfeyslər yaradırıq.
Yüksək İstifadəçi Təcrübəsi (UX)
Müştərilərin xidmət növlərini (quru, hava, dəniz), marşrutları və əlaqə məlumatlarını asanlıqla tapa bilməsi üçün yaratdığımız veb saytların istifadəçi təcrübəsinin yüksək olmasına xüsusi diqqət edirik.
SEO və Performans Təməli
Bütün proyektlərimizin SEO uyğunluğunu və axtarış nəticələrində hər hansı bir əngələ ilişmədən görünməsini təmin edirik.
B2B Logistika üçün Tam Əhatəli SEO Optimizasiyası
Böyük həcmli karqo və tranzit axtarışlarında doğru açar sözləri hədəfləmək biznesə birbaşa gəlir gətirir. Biz 5-6 il əvvəlin SEO strategiyalarını deyil, birbaşa rəqabəti üstələyəcək hədəfləmələri tətbiq edirik.
Logistika sektoruna özəl tətbiq etdiyimiz əsas SEO həlləri:
Məzmun Silolanması və Daxili Linklərin Yenidən Paylanması
Logistika xidmətləri arasında axtarış motoru botlarının rahat gəzinməsi və axtarış niyyətinin düzgün qarşılanması üçün səhifə daxili (on-page) optimallaşdırmalar edir, daxili linkləri yenidən strukturlaşdırır və məzmunları semantik olaraq silolayırıq. Bu taktika xüsusi tranzit səhifələrinin avtoritetini sürətlə artırır.
Texniki SEO Auditləri
Veb saytınızdakı arxa plan problemlərini aşkarlayıb aradan qaldırır və saytınızın axtarış motorları tərəfindən başa düşülə bilən olmasını təmin edirik.
Lokal və Qlobal Hədəfləmə
İstər müəyyən bölgələrdə fəaliyyət göstərən lokal şirkətlərin önə çıxması üçün lokal SEO xidmətləri göstərir, istərsə də beynəlxalq karqo axtarışları üçün genişmiqyaslı strategiyalar tətbiq edirik.
Backlink və Rəqəmsal PR
Güclü rəqiblərin hansı saytlardan hansı açar sözlərlə backlink aldıqlarını analiz edib boşluqları tapırıq. Veb saytınıza uyğun, tematik əlaqəli və yüksək trafikli saytlardan təbii backlinklər alaraq axtarış motorlarının gözündə etibar yaradırıq.
Niyə Logistika Həlləri üçün Bizi Seçməlisiniz?
Hər müştərimiz üçün yanaşmamız və strategiyamız fərqlidir. Davamlı olaraq düzəlişləri və nəticələri analiz edir, nəticələr zəif gəldiyi an müdaxilə edə biləcəyimiz hər şeyi edirik. Bizimlə işləyərkən 3 və 6 aydan bir çox detallı hesabatlar alır, prosesin hər addımı barədə məlumatlandırılırsınız.
Qlobal Partnyorlarınız Sizi Rəqəmsalda Tapsın
Əgər sizin də logistika biznesiniz üçün peşəkar veb saytların hazırlanmasına ehtiyacınız varsa, layihənizi bizimlə müzakirə edə bilərsiniz. Sizin üçün vacib açar sözlərdə axtarış nəticələrində potensial müştərilərinizin ən qabağda sizi görməsini istəyirsinizsə, bizə müraciət edin və ilkin konsultasiya zamanı bütün məsələləri detallı şəkildə planlaşdıraq.