Sayt Miqrasiyası

Yeni domenə və ya CMS-ə keçərkən SEO performansınızı itirməyin.

Sürətli Təklif Alın

Sayt Miqrasiyası

Veb saytınızı bir domendən başqa bir domenə köçürmək, CMS dəyişikliyi və ya alt struktur dəyişiklikləri SEO performansının ciddi formada azalmasına səbəb olur. Əgər miqrasiya prosesi doğru idarə olunmursa, bu zaman siz həm trafik itkisi yaşaya bilər, həm də gəlirlərinizdə azalma görə bilərsiniz.

Sayt miqrasiya proseslərinin ən az zərərlə aparılması və SEO strategiyalarının zərər görməməsi üçün biz sizə sayt miqrasiya xidməti təklif edirik. Hər nə qədər bütün miqrasiya proseslərində trafik itkisi görünsə də, yaxşı planlaşdırılmış bir sayt miqrasiyası, uzunmüddətli riskləri və itkiləri ən aşağı səviyyəyə gətirməyə kömək edir.

Adətən bizneslər miqrasiyadan sonra yaşanan trafik itkilərini görüb SEO agentliklərinə müraciət edirlər və bu zaman artıq trafiki geri qaytarmaq çox çətin və uzun vaxt tələb edən bir proses olur. Halbuki, miqrasiyadan əvvəl dəstək almaq sizi bütün risklərdən azad edə bilir.

Yusibov.az olaraq veb sayt miqrasiya proseslərinizi ən az risk ilə idarə edirik. Miqrasiya proseslərinin bütün mərhələlərində sizə və IT komandanıza dəstək olur, yaşana biləcək risklərlə bağlı texniki düzəlişləri edirik.

Biz miqrasiya prosesinə “checklist” kimi baxmırıq

Miqrasiya prosesi həm IT komandaları üçün, həm də SEO komandaları üçün sancılı proseslərdir. IT komandaları prosesi nə qədər yaxşı aparsalar belə, prosesin SEO mərhələsində mütləq formada SEO mütəxəssislərinin tövsiyyələrinə və müdaxilələrinə ehtiyac olur. Biz isə bu müdaxilələri ən incə detallarına qədər hesablayıb edirik.

Miqrasiya öncəsi planlaşdırma

Miqrasiyadan əvvəl biz detallı bir SEO audit edərək mövcud SEO problemlərini aşkar edir və onları aradan qaldırmağa çalışırıq ki, bu problemlər yeni saytda da görülməsin.

Miqrasiyanın necə olacağı, miqrasiya prosesində hansı düzəlişlərin hansı mərhələlərdə edilməli olduğu və taskların icra mərhələsində nələrə diqqət edilməli olduğu kimi bir çox prosesin planlaşdırmasını edirik.

Miqrasiya öncəsi planlaşdırma, saytın miqrasiyadan sonra ən az ziyanı görməsi üçün edilməli olan işləri ehtiva edir. Bu proses saytın SEO tərəfdə itki yaşamaması üçün ən incə detalına qədər bizim tərəfimizdən, IT komandanızla koordinasiyalı formada idarə olunur.

Miqrasiya anı icra və təhlil

Miqrasiya mərhələsində ən sürətli formada saytın yeni domen və ya yeni alt struktura köçürüldükdən sonraki vəziyyəti təhlil edilir. Müxtəlif SEO alətləri və manual auditlərlə sayt hər aspektdən dəyərləndirilir. Əgər problemlər varsa, bunlar sürətli formada həll olunur.

Miqrasiya sonrası monitorinq

Sayt miqrasiyası edildikdən sonra axtarış motorlarının veb saytın səhifələrini indeksləyib indeksləməməsi, səhifələrin necə sıralama aldığı, Google Search Console, Schema Validator Tool, Analytics, Screaming Frog, Semrush kimi bir çox alətdə hər hansı ciddi xətaların olub olmadığı detallı formada dəyərləndirilir.

Sayt miqrasiya mərhələlərini biz idarə edirik

Bugünə qədər domen-domen, CMS-CMS kimi bir çox fərqli miqrasiya prosesini idarə etdik. Əgər siz də hal-hazırda trafik alan və müəyyən bir yerdə olan veb saytınızda miqrasiya üçün hazırlaşırsınızsa, prosesin doğru formada idarə olunması üçün bizimlə əlaqə saxlaya bilərsiniz.